RATİ Əfqan Muxtarlının barəsində hökmü pisləyib
Bakı/15.01.18/Turan: Reportyorların Azadlıq və Təhlükəsizlik İnstitutu (RATİ) araşdırmaçı jurnalist Əfqan Muxtarlının barəsində siyasi motivli hökmü pisləyib və onun dərhal azadlığa buraxılmasını tələb edib.
RATİ-nin 15 yanvar tarixli bəyanatında deyilir ki, saxta dəlillərə və müəmmalı həbs şəraitinə baxmayaraq, Ə.Muxtarlı mühakimə edilib. Belə ki, onu Gürcüstanın paytaxtında oğurlayıblar və qanunsuz olaraq Bakıya gətiriblər.
RATİ Gürcüstan hüquq-mühafizə orqanlarının Ə.Muxtarlının oğurlanmasını indiyədək araşdırmamasından narahatlığını bildirir və Gürcüstan hökumətinin bu yöndə səylərini yetərli hesab etmir.
RATİ Gürcüstan hakimiyyətini azərbaycanlı jurnalistlərin və vətəndaş cəmiyyəti fəallarının təhlükəsizlik məsələsini diqqətdə saxlamağa çağırır.
RATİ Azərbaycan hakimiyyətini Əfqan Muxtarlını, digər jurnalist və blogerləri azad etməyə çağırır: Mehman Hüseynov, Seymur Həzi, Əzizə Orucova, Nicat Əliyev, Araz Quliyev, Fİkrət İbişbəyli (Fərəməzoğlu), Əfqan Sadıqov, Elçin İsmayıllı, Cavid Şirəliyev, Ziya Əsədli və Ərşad İbrahimov, blogerlər Rəşad Ramazanov, İlkin Rüstəmzadə, yazıçı Saday Şəkərli, Tofiq Həsənov, fəallar Qiyas İbrahimov və Bayram Məmmədov.
RATİ AŞPA-nı jurnalistlərə qarşı təqiblərə və Avropa Şurası qarşısında öz öhdəliklərini yerinə yetirmədiyinə görə Azərbaycan hakimiyyətinin hərəkətlərini yanvar sessiyasında pisləməyə çağırıb. Avropa İttifaqını və ATƏT-i isə Azərbaycanda insan hüquqlarını pozanlara qarşı sanksiya tətbiq etməyə çağırıb.-06D--
-
- Cəmiyyət
- 15 Yanvar 2018 15:54
-
- İqtisadiyyat
- 15 Yanvar 2018 16:09
Cəmiyyət
-
Ölkənin ən böyük özəl telekommunikasiya şirkəti olan Bakcell yeni brend kimliyini elan etdi. Bakcell-in Baş İcraçı Direktoru Klaus Müller 25 aprel 2024-cü il tarixində Bakı Konqres Mərkəzində keçirilən mətbuat konfransında bu xəbərləri jurnalistlərlə bölüşdü.
-
"Hazırda quru sərhədlərin müəyyən dövrdə bağlı qalmasından sonra Azərbaycanda təhlükəsizliyin gücləndiyini görürük. Əvvəlki vaxtlarda bir çox hallar müşahidə olunub. Onların bəziləri ictimaiyyətə açıqlanıb, bəziləri isə açıqlanmayıb". Bu sözləri prezident İlham Əliyev aprelin 23-də ADA Universitetində təşkil olunan "COP29 və Azərbaycan üçün Yaşıl Baxış" mövzusunda beynəlxalq forumda çıxışında deyib.
-
Azərbaycanda məişət təyinatı olmayan kəsici-deşici alətlərin satışı və gəzdirilməsinin ictimai təhlükəsizliyə aşkar təhdid yaratması nəzərə alınaraq, onların satışının qarşısının alınması istiqamətində polis əməkdaşları tərəfindən silsilə tədbirlər görülür. Bu barədə Daxili İşlər Nazirliyinin mətbuat xidməti bildirib.
-
Dünən Bakıda qəza enişi etmiş “Air France" aviaşirkətinin təyyarəsinin sərnişinləri bu gün, aprelin 25-də səhər saatlarında başqa təyyarə ilə Parisə yola salınıb.
Rəy yaz