Polis 32 kiloqram narkotik vasitə aşkar edərək götürüb

Bakı/15.01.18/Turan: Daxili işlər orqanları yanvarın 13-14-də ümumi çəkisi 32 kiloqramdan artıq müxtəlif növ narkotik vasitə, o cümlədən 4 kiloqram heroin, 5 kiloqrama yaxın tiryək və 23 kiloqrama yaxın marixuananı götürərək dövriyyədən çıxarıb. Bu barədə Daxili İşlər Nazirliyinin mətbuat xidməti məlumat yayıb.

Belə ki, Cəlilabad rayon polis şöbəsi və Dövlət Təhlükəsizlik Xidmətinin rayon şöbəsi Salyan rayon sakini Qismət Feyziyevin idarə etdiyi VAZ-21074 markalı avtomobildən 4 kiloqram heroin, 1 kiloqram tiryək, 1970 ədəd metadon, 170 blok NZ və 214 blok "Manchester" markalı tütün məmulatları aşkar edərək götürüb. Sürücü və avtomobildə olan sərnişinlər - Yardımlı rayon sakinləri Hikmət Hüseynov, Mərhəmət Behbudov və onun qardaşı Hikmət saxlanılıb.

Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşları Biləsuvar rayon sakini Vüsal Həsənov 39 ədəd "Mydrax" məhlulunu və 36 ədəd "Metadon"u satarkən saxlayıb.

Yasamal Rayon Polis İdarəsinin 29-cu polis bölməsi Bakı şəhər sakini Əhməd Məmmədovdan 22 kiloqram 850 qram marixuana, Astara rayon polis şöbəsi şəhər sakini Ramin Quliyevdən 1 kiloqram 47 qram, yaşadığı evdən 2 kiloqram 104 qram tiryək, Masallı polis şöbəsi şəhər sakini İmran Fərəcovdan 25,414 qram, yaşadığı evdən 1 kiloqrama yaxın tiryək aşkar edərək götürüb.

Saxlanılan şəxslər maddi sübutlarla birgə istintaqa təhvil veriliblər.

Qeyd olunan faktlarla bağlı cinayət işləri başlanılıb, istintaq-əməliyyat tədbirləri aparılır.-03D-

Rəy yaz

Cəmiyyət

Quru sərhədləri, narkotacirlər, parkinq qiymətləri... - Natiq Cəfərli Çətin sualda



InvestPro Azerbaijan Baku & Turkiye Istanbul 2024 – two conferences in one shot


Əziz Bakı şəhəri sakini!

Siz də Qlobal İqlim Dəyişmələri ilə mübarizəyə öz töhfənizi verə bilərsiniz

Dear resident of Baku city!

You too can contribute to the fight against Global Climate Change

Дорогой житель города Баку!

Вы тоже можете внести свой вклад в борьбу с глобальным изменением климата

Bizi sosial şəbəkələrdə izləyin

Xəbər lenti