Əli İnsanov
Əli İnsanov: �Mənə qarşı siyasi repressiya amansızlıqla davam etdirilir�
Bakı/16.01.18/Turan: "Artıq 13 ildir ki, mənə qarşı siyasi repressiya amansızlıqla davam etdirilir. Bu gün Azərbaycan Ali Məhkəməsi Bakı Apellyasiya Məhkəməsinin yalan və qərəzli ittihamlar əsasında böhtan xarakterli qərarını təsdiqlədi. Mübarizə əzmimin sındırılmasına yönəlmiş belə qərarlar məni haqq yolundan döndərə bilməz", -keçmiş səhiyyə naziri Əli İnsanov vəkili Toğrul Babayevin vasitəsilə Ali Məhkəmənin qərarına münasibətini bildirib.
Yanvarın 16-da hakim Fərhad Kərimovun sədrliyi ilə Ali Məhkəmə keçmiş səhiyyə naziri Əli İnsanovun kassasiya şikayətini təmin etməyib. Ə.İnsanovun özü məhkəmədə iştirak etməyib.
Keçmiş səhiyyə naziri Əli İnsanov 2005-ci ilin oktyabrında dövlət çevrilişinə cəhddə ittiham olunaraq həbs edilib. O, sonradan iqtisadi cinayətlərdə ittiham edilərək 11 il azadlıqdan məhrum olunub.
2016-cı ilin oktyabrında həbsdən çıxmasına bir neçə gün qalmış ona qarşı yeni ittihamlar irəli sürülüb: 234.1 (narkotik maddənin əldə edilməsi və saxlanması), 315.2 (xidməti vəzifəsini yerinə yetirərkən hakimiyyət nümayəndəsinə müqavimət göstərmək), 317. 2.1 (qadağan olunmuş əşyaların hazırlanması, saxlanması və gəzdirilməsi).
2016-cı il oktyabrın 11-də Qaradağ Rayon Məhkəməsi həbsdə olan sabiq nazirin barəsində yeni həbs qərarı çıxarıb.
2017-ci il aprelin 26-da Bakının Qaradağ Rayon Məhkəməsinin hökmü ilə Ə.İnsanov 7 il 5 gün azadlıqdan məhrum edilib.
2017-ci il iyunun 22-də Bakı Apellyasiya Məhkəməsində hakim Əflatun Qasımovun sədrliyi ilə keçirilən prosesdə keçmiş səhiyyə nazirinin Qaradağ Rayon Məhkəməsinin hökmündən verilən şikayəti təmin edilməyib. Bundan sonra Ə.İnsanov Bakı Apellyasiya Məhkəməsinin qərarından kassasiya şikayəti verib.
2013-cü il martın 14-də Avropa İnsan Hüquqları Məhkəməsi Ə.İnsanovun ədalətsiz mühakimə olunması barədə qərar çıxarıb. Ancaq Azərbaycan hakimiyyəti hökmü dəyişməyib.
Öz növbəsində, rəsmi Bakı ölkədə insanların qanun qarşısında bərabər olduğunu, heç kimin siyasi baxışlarına görə cəzalandırılmadığını, siyasi repressiyaların olmadığını bildirir. -03B-
-
- Siyasət
- 16 Yanvar 2018 17:21
-
- Mədəniyyət
- 16 Yanvar 2018 18:10
Cəmiyyət
-
Ölkənin ən böyük özəl telekommunikasiya şirkəti olan Bakcell yeni brend kimliyini elan etdi. Bakcell-in Baş İcraçı Direktoru Klaus Müller 25 aprel 2024-cü il tarixində Bakı Konqres Mərkəzində keçirilən mətbuat konfransında bu xəbərləri jurnalistlərlə bölüşdü.
-
"Hazırda quru sərhədlərin müəyyən dövrdə bağlı qalmasından sonra Azərbaycanda təhlükəsizliyin gücləndiyini görürük. Əvvəlki vaxtlarda bir çox hallar müşahidə olunub. Onların bəziləri ictimaiyyətə açıqlanıb, bəziləri isə açıqlanmayıb". Bu sözləri prezident İlham Əliyev aprelin 23-də ADA Universitetində təşkil olunan "COP29 və Azərbaycan üçün Yaşıl Baxış" mövzusunda beynəlxalq forumda çıxışında deyib.
-
Azərbaycanda məişət təyinatı olmayan kəsici-deşici alətlərin satışı və gəzdirilməsinin ictimai təhlükəsizliyə aşkar təhdid yaratması nəzərə alınaraq, onların satışının qarşısının alınması istiqamətində polis əməkdaşları tərəfindən silsilə tədbirlər görülür. Bu barədə Daxili İşlər Nazirliyinin mətbuat xidməti bildirib.
-
Dünən Bakıda qəza enişi etmiş “Air France" aviaşirkətinin təyyarəsinin sərnişinləri bu gün, aprelin 25-də səhər saatlarında başqa təyyarə ilə Parisə yola salınıb.
Rəy yaz