журналист Фикрет Гусейнли
Fikrət Hüseynlinin məhkəməsi gecikdirilir
Bakı/16.01.18/Turan: Kiyev Şəhər Apellyasiya Məhkəməsinin azərbaycanlı jurnalist, Niderland vətəndaşı Fikrət Hüseynlinin işi üzrə prokurorluğun protesti ilə bağlı yanvarın 16-da Kiyev vaxtı ilə saat 11.30-a təyin etdiyi məhkəmə iclası hələ baş tutmayıb. Bu barədə Turan-a hazırda məhkəmə binasında gözləyən Fikrət Hüseynli bildirib.
F.Hüseynli oktyabrın 14-də Kiyevdən Düsseldorfa gedərkən Borispol hava limanında Ukrayna Sərhəd Xidməti tərəfindən Azərbaycanın sorğusu ilə İnterpol-un "qırmızı bildirişlər" sisteminə daxil edilmiş axtarış əsasında saxlanılıb. O, Azərbaycan Cinayət Məcəlləsinin dələduzluq və sərhəddi qanunsuz keçmək maddələri ilə ittiham olunur.
Oktyabrın 18-də Ukraynanın Borispol Şəhər Məhkəməsi azərbaycanlı jurnalistə 18 sutka həbs verib.
F. Hüseynli ittihamları qəbul etmir, siyasi sifariş hesab edir.
Oktyabrın 27-də F.Hüseynlini Kiyevin Lukyanov Şəhər Məhkəməsi Ukrayna Ali Radasının deputatı Mikola Knyajitskinin və ictimai fəal Boris Zaxarovun zaminliyinə verib. F. Hüseynli məhkəmə zalından azadlığa buraxılıb. Məhkəmə dövlət ittihamçısının F.Hüseynlinin Azərbaycana ekstradisiya edilməsi ilə bağlı vəsatətini təmin etməyib.
Onun sözlərinə görə, Kiyev prokurorluğu jurnalistin zamində olması ilə bağlı məhkəmə qərarı ilə razılaşmır və protest verib.-03B-
-
- Mədəniyyət
- 16 Yanvar 2018 18:10
-
- Cəmiyyət
- 16 Yanvar 2018 18:40
Cəmiyyət
-
Aprelin 25-də Bakıda və Abşeron yarımadasında yağmursuz, günəşli hava şəraiti davam edəcək. Mülayim cənub küləyi əsəcək. Havanın temperaturu gündüz 23-28 dərəcə təşkil edəcək.
-
Aprelin 24-də Bakıda və Abşeronda yağıntı gözlənilmir. Mülayim şimal-qərb küləyi əsəcək, gündüz cənub-şərq küləyinə keçəcək. Gündüz havanın temperaturu müsbət 29 dərəcəyə yüksələcək.
-
Avropa Şurası Parlament Assambleyasının (AŞPA) Azərbaycan üzrə həmməruzəçisi, norveçli deputat Liz Kristoffersen Azərbaycanın bu quruma qayıtması üçün Nazirlər Komitəsində danışıqlar getdiyini bildirib. "Biz Azərbaycanı Assambleyada görmək istəyirik. Bunun üçün Azərbaycan hakimiyyəti müəyyən güzəştlərə getməlidir və bir sıra tələbləri yerinə yetirməlidir", - Kristoffersen deyib.
-
Narkomaniyaya qarşı yönəlmiş sosial kampaniya gəncləri zərərli vərdişlərdən çəkindirmək, sağlam həyat tərzi və idmana təşviq etmək məqsədi daşıyır “Azercell Telekom” MMC Azərbaycan Cüdo Federasiyası ilə əməkdaşlıqda həyata keçirdiyi genişmiqyaslı silsilə layihənin növbəti mərhələsini elan edir. "Doğru yol budur" sosial kampaniyası yeniyetmə və gəncləri zərərli vərdişlərdən çəkindirmək məqsədi daşıyır. Layihə cəmiyyətimizdə xüsusilə gənclər arasında narkomaniyanın fəsadlarına diqqət çəkməklə yanaşı, sağlam həyat tərzinin təbliğatına və idmana olan marağın artırılmasına yönəlib.
Rəy yaz