адвокат Фуад Агаев
2 saylı koloniyada İlqar Məmmədova sənədləri verməyiblər
Bakı/16.01.18/Turan: "Dünən mən İlqar Məmmədovu Avropa İnsan Hüquqları Məhkəməsində hər iki iş üzrə mənimlə yanaşı təmsil etməyə razılıq verən tanınmış britaniyalı vəkilin işə qoşulması üçün zəruri sənədləri 2 saylı cəzaçəkmə müəssisəsinə göndərdim. Bu zaman birmənalı şəkildə göstərdim ki, bu, məhkum və onun müdafiəçisi arasında olan konfidensial yazışmadır.
2 saylı cəzaçəkmə müəssisəsində məktubu alar-almaz açıblar. Bu, bir pozuntudur. Bu gün məlum olub ki, İlqara həmin sənədləri verməyiblər", - vəkil Fuad Ağayev özünün Facebook səhifəsində yazıb.
Vəkil qeyd edir ki, buradakı müdafiəçilərinə təzyiqlər bir yana, xarici vəkil işə qoşulmamış hüquqlarını pozurlar.
Bu pozuntuları cəzaçəkmə müəssisəsi rəhbərliyinin öz təşəbbüsü ilə törətməsi az inandırıcı görünür.
Onun sözlərinə görə vəkil olaraq onun da hüquqları pozulur: "Özümlə gətirdiyim sənədlər (o cümlədən, konfidensial sənədlər) məndən alınır və İlqarla Avropa İnsan Hüquqları Məhkəməsindəki proseslərə hazırlaşmağımıza çətinlik yaradılır."
F. Ağayev bununla belə tövsiyə edir ki, cəzaçəkmə müəssisəsinin inzibati binasının ən azı koridorunda videokameralar quraşdırılsın, vəkillərin üzərində baxış-axtarış praktikasına son qoyulsun.
"Son vaxtlar baş verənlər bəzilərinin məni də hədəfə götürmələrinə dəlalət edir.
Penitensiar Xidmətə, Ədliyyə Nazirliyinə, Baş Prokurorluğa, Dövlət Təhlükəsizlik Xidmətinə, Ombudsman aparatına üzümü tutaraq demək istəyirəm ki, İlqar Məmmədovun təhlükəsizliyi və hüquqlarının pozulması üçün tam məsuliyyəti bütövlükdə Azərbaycan höküməti daşıyır.
Qeyd edək ki, bir neçə gün əvvəl də analoji hadisə baş verib. Vəkil F. Ağayev vəkillik hüququnun pozulduğunu qeyd edib.-16d-
Cəmiyyət
-
Ölkənin ən böyük özəl telekommunikasiya şirkəti olan Bakcell yeni brend kimliyini elan etdi. Bakcell-in Baş İcraçı Direktoru Klaus Müller 25 aprel 2024-cü il tarixində Bakı Konqres Mərkəzində keçirilən mətbuat konfransında bu xəbərləri jurnalistlərlə bölüşdü.
-
"Hazırda quru sərhədlərin müəyyən dövrdə bağlı qalmasından sonra Azərbaycanda təhlükəsizliyin gücləndiyini görürük. Əvvəlki vaxtlarda bir çox hallar müşahidə olunub. Onların bəziləri ictimaiyyətə açıqlanıb, bəziləri isə açıqlanmayıb". Bu sözləri prezident İlham Əliyev aprelin 23-də ADA Universitetində təşkil olunan "COP29 və Azərbaycan üçün Yaşıl Baxış" mövzusunda beynəlxalq forumda çıxışında deyib.
-
Azərbaycanda məişət təyinatı olmayan kəsici-deşici alətlərin satışı və gəzdirilməsinin ictimai təhlükəsizliyə aşkar təhdid yaratması nəzərə alınaraq, onların satışının qarşısının alınması istiqamətində polis əməkdaşları tərəfindən silsilə tədbirlər görülür. Bu barədə Daxili İşlər Nazirliyinin mətbuat xidməti bildirib.
-
Dünən Bakıda qəza enişi etmiş “Air France" aviaşirkətinin təyyarəsinin sərnişinləri bu gün, aprelin 25-də səhər saatlarında başqa təyyarə ilə Parisə yola salınıb.
Rəy yaz