Həsənağa Söhbətov özünü yandırıb
Agdaşda yol polisi ilə mübahisə edən özünü yandırıb
Bakı/16.01.18/Turan: Ağdaş rayonunun Xosrov kənd sakini Həsənağa Söhbətov bu gün, yanvarın 16-sı rayon mərkəzində üzərinə benzin tökərək özünü yandırıb. Onun Dövlət Yol Polisi əməkdaşları ilə mübahisə zəmnində intijhara cəhd etdiyi bildirilir.
Lent.az-ın məlumatına görə, Həsənağa Söhbətov 10 LS 956 dövlət nömrə nişanlı "VAZ 2105" markalı minik avtomobilini etibarnaməsiz idarə edib. Avtomobilin əvvəlki sahibi Mikayıl Hüseynovun banka 1660 manat borcu olduğundan, nəqliyyat vasitəsinin üzərinə Ağdaş rayon Məhkəməsi tərəfindən həbs qoyulduğu bildirilir.
Yol polisi əməkdaşları məhkəmə qərarı əsasında maşını Ağdaş rayon Polis Şöbəsinə aparmaq istəyiblər. H.Söhbətovun nəqliyyat vasitəsinin əvvəlki sahibinin banka borcu olmasına görə məsuliyyət daşımadığını bildirdiyi, polis əməkdaşlarının tələbinə əməl etmədiyi bildirilir. Onun polislərlə mübahisə zəmnində özünə od vurduğu deyilir.
Hadisə Agdaş rayonundakı mərkəzi bazarın qarşısında baş verib. Yaxınlıqdakı vətəndaşların və polis əməkdaşlarının müdaxiləsi ilə yangın söndürülüb, H.Söhbətov Ağdaş rayon Mərkəzi Xəstəxanasına aparılıb.
Onun baş, üz nahiyələrinin, əllərinin yandığı bildirilir.
Xəstəxanadan bildiriblər ki, H.Söhbətovun həyatı üçün təhlükə yoxdur. Ancaq onun bədəninin 20 faizdən çoxu ağır dərəcədə yanıb.
Xatırladaq ki, bir neçə gün əvvəl oxşar hadisə Göyçay rayonunda baş vermişdiş
Göyçay şəhərinin Heydər Əliyev prospektində yerləşən 9 saylı orta məktəbin direktoru Akif Qəribov məktəbin qarşısında qolunun şah damarını kəsərək intihara cəhd etmişdi.
Agır vəziyyətdə xəstəxanaya yerləşdirilmiş Akif Qəribovun ondan yüksək məbləğdə pul tələb olunmasına görə, özünə qəsd etdiyi deyilirdi. Rəsmi qurumların təsdiqlədiyi həmin olay Göyçay rayon Prokurorluğunda araşdırılır.
Yanvarın 9-da isə Masallı rayonu Şərəfə kənd sakini Raqif Zeynalovun rayon məhkəməsinin qarşısında özünü yandırdığı açıqlanmışdı. Onu əvvəlcə rayon xəstəxanasına, ardınca Bakıdakı klinikalardan birinə yerləşdirmişdilər.
Yaxınları bildirmişdilər ki, R.Zeynalov bank kartındakı 50 manat pulun məhkəmə qərarı ilə tutulmasına görə intihara cəhd edib.
Rəsmi ququmlar bu olayla bağlı açıqlama verməmişdi.
-
- Cəmiyyət
- 16 Yanvar 2018 18:40
-
- İqtisadiyyat
- 17 Yanvar 2018 10:56
Cəmiyyət
-
Aprelin 27-də Bakıda və Abşeron yarımadasında hava şəraiti yağmursuz keçəcək. Səhər və axşam bəzi yerlərdə duman olacaq. Cənub-şərq küləyi əsəcək.
-
Azercell-in BİQ layihəsinin Biznesin Davamlılığı testi Ələt Azad İqtisadi Zonasında həyata keçirildi Ölkənin lider mobil operatoru Azercell-in BİQ - Böhran İdarəetmə Qrupu layihəsinin Ələt Azad İqtisadi Zonasında real vaxt rejimdə Biznesin Davamlılığı testi həyata keçirildi. İlk dəfə baş tutan testdə Azercell ilə yanaşı layihənin digər tərəfdaşları – Azərkosmos, Aztelekom və Baktelekom şirkətlərinin əməkdaşları da iştirak etdilər. Sözügedən ərazidə rabitənin tamamilə kəsilməsi simulyasiya edilərək böhran vəziyyəti yaradıldı. Böhran təlimi zamanı regionlardan olan texniki qrupların hadisə yerinə çatması və rabitənin bərpa edilməsi istiqamətində işlərə başlanıldı. İlk olaraq qruplar ərazidə 2 mobil Baza Stansiyası quraşdıraraq məhdud sayda abunəçiyə milli peykin imkanlarından istifadə edərək 2G xidməti təqdim etdilər. Növbəti mərhələdə yüksək sürətli internet, 3G və 4G şəbəkəsi bərpa edildi və ərazi 100 meqabit Wi-Fi xidməti ilə təmin olundu. Qeyd edək ki, öncəki testlərlə müqayisədə bu simulyasiya testində bərpa vaxtı 2 qat azaldıldı. Bütün bərpa işləri isə regionlardan olan və Azercell tərəfindən xüsusi texniki təlimlər görmüş qruplar tərəfindən icra olundu.
-
Gürcüstanın hakim "Gürcü Arzusu" partiyasının ötən il etirazlar səbəbi ilə geri çəkdiyi "Xarici agentlər haqqında" qanun layihəsini bu il "Xarici təsirin şəffaflığı haqqında" adı ilə yenidən parlamentə təqdim etməsi Tbilisidə kütləvi etirazları yenidən alovlandırıb.
-
Azercell-in ev sahibliyi etdiyi “M360 Eurasia 2024” tədbirinə qeydiyyat davam edir Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin dəstəyi və “Azercell Telekom” MMC-nin baş sponsorluğu ilə 15-16 may tarixlərində Bakıda keçiriləcək “GSMA M360 Eurasia 2024” konfransında rəqəmsal dövrün ən aktual tendensiyaları ətrafında fikir mübadiləsi aparılacaq.
Rəy yaz