Dini ekstremizmə qarşı tədbirlər planı hazırlanıb
Bakı/17.01.18/Turan: Ölkənin bəzi qurumları dini ekstremizmə qarşı mübarizənin 2018-ci ildə də davam etdirilməsi məqsədilə tədbirlər planını imzalayıblar. Bu haqda Dini Qurumlarla iş üzrə Dövlət Komitəsinin (DQİDK) məlumatında bildirilir.
Plan DQİDK, Daxili İşlər Nazirliyi, Baş Prokurorluq və Dövlət Təhlükəsizliyi Xidməti tərəfindən hazırlanıb və imzalanıb.
Tədbirlər planında dini ekstremizmə və onu doğuran səbəblərə qarşı birgə mübarizənin aparılması məqsədilə seminar-müşavirələrin keçirilməsi nəzərdə tutulur. Tədbirlərdə ölkədə dövlət-din münasibətləri, bu sahədəki təhdidlər, eləcə də dini ekstremizmin yaranma səbəbləri müzakirə ediləcək.
Bununla yanaşı və ekstremizmə qarşı mübarizənin hüquqi əsasları, ölkədəki multikultural mühit və tolerantlıq ənənələri, müxtəlif dinlər və məzhəblər arasında əməkdaşlığa dair mövzularda geniş fikir mübadiləsinin aparılması nəzərdə tutulur.-05D-
-
- Siyasət
- 17 Yanvar 2018 17:50
Cəmiyyət
-
Bazar günü, mayın 19-da Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Mülayim cənub-qərb küləyi əsəcək. Havanın temperaturunun gecə 10-13 dərəcə, gündüz 16-20 dərəcə isti olacağı ehtimal edilir, xəbəri Milli Hidrometeorologiya Xidməti yayıb.
-
Mayın 17-də gün ərzində Azərbaycanda kiber üsullarla ən az 22 halda bank kartlarından abunəçilərə məxsus pullar oğurlanıb.
-
Ölkənin lider telekommunikasiya şirkəti 10 tələbəyə şirkətdə yay təcrübə proqramında iştirak etmək hüququ verdi Azercell ADA Universitetinin Karyera Hazırlığı Həftəsində iştirak etdi. Həftə zamanı mobil operatorun təşkil etdiyi seminarlarda, yekun qiymətləndirmə və müsahibələrdə seçilmiş 10 tələbə Azercell-in yay təcrübə proqramına qatılmaq imkanı əldə etdi. Bu təcrübə tələbələrə praktiki bacarıqlar və telekommunikasiya sənayesi ilə tanışlıq qazandıracaq.
-
Fransa Azərbaycanı Yeni Kaledoniyanın daxili siyasətinə müdaxilədə ittiham edib. Bu ölkənin daxili işlər naziri Jerald Darmanen mayın 15-də "France 2" televiziyasına müsahibəsində Yeni Kaledoniya ilə bağlı suala cavab verərkən deyib ki, "Kaledoniyanın müstəqillik tərəfdarlarından bəzi liderləri Azərbaycanla sövdələşiblər, bu, danılmazdır".
Rəy yaz