Saday Şəkərlinin vaxtından əvvəl azad edilməsi istənilir

Bakı/19.01.18/Turan:Həbsdəki yazıçı-şair Saday Şəkərlinin vəkilləri məhkəməyə müraciət ediblər. Onlar yazıçı-şairin vaxtından əvvəl azadlığa buraxılmasını istəyirlər. Bu barədə onun vəkillərindən biri Fəxrəddin Mehtiyev məlumat verib.

Vəkillər S.Şəkərlinin adından Nizami Rayon Məhkəməsinə müraciət ediblər. Müraciət cinayət qanunvericiliyinə edilmiş son dəyişikliklərə əsaslanır.

"Saday Şəkərli 2015-ci ildə həbs edilib, 5 il müddətinə azadlıqdan məhrum edilib. Cəzasının yarısını artıq çəkib. Yeni dəyişikliyə görə, onun azadlığa buraxılması mümkündür. Yəni, artıq iş üzrə mülki iddiaçı yoxdur, maddi ziyan da yoxdur. Ailə vəziyyəti və səhhətindəki problemlər məhkəmə tərəfindən nəzərə alına bilər. Nizami Rayon Məhkəməsindən xahiş etmişik ki, vəziyyətini nəzərə alıb, onu azadlığa buraxsın", - vəkil qeyd edib.

Məhkəməyə müraciət hələlik icraata verilməyib.

Xatırladaq ki, Saday Şəkərli 2015-ci il dekabrın 23-də həbs olunub. Ötən il mayın 16-da Bakı Ağır Cinayətlər Məhkəməsində çıxarılan hökm ilə 10 il azadlıqdan məhrum edilib. Bakı Apellyasiya Məhkəməsi isə həmin hökmü dəyişdirərək onun cəzasını 5 ilə endirib. Müdafiə tərəfi qərarla razılaşmayaraq kassasiya şikayəti verib. Ancaq kassasiya şikayəti təmin olunmayıb. Şair həbsini tənqidi məzmunda olan "Qurd ürəyi" adlı kitabının çapı ilə əlaqələndirir. Həmin kitabda o, nəşrə maliyyə dəstəyinə görə vergilər naziri Fazil Məmmədova minnətdarlıq edib.

S.Şəkərlinin həbsindən dərhal sonra onun evində axtarış aparılıb və kitabın 50 nüsxəsindən 49-u götürülüb. Yalnız bir nüsxəni gizlədib saxlamaq mümkün olub. Hüquq-müdafiə təşkilatları bir müddət əvvəl S.Şəkərlini "siyasi məhbus" elan ediblər. Ancaq Azərbaycan rəsmiləri ölkədə siyasi məhbusların olması fikrini qəbul etmirlər. Onlar deyirlər ki, siyasi məhbus sayılan şəxslər törətdikləri əmələ görə məsuliyyətə cəlb ediliblər.-05B-

Rəy yaz

Cəmiyyət

Quru sərhədləri, narkotacirlər, parkinq qiymətləri... - Natiq Cəfərli Çətin sualda



InvestPro Azerbaijan Baku & Turkiye Istanbul 2024 – two conferences in one shot


Əziz Bakı şəhəri sakini!

Siz də Qlobal İqlim Dəyişmələri ilə mübarizəyə öz töhfənizi verə bilərsiniz

Dear resident of Baku city!

You too can contribute to the fight against Global Climate Change

Дорогой житель города Баку!

Вы тоже можете внести свой вклад в борьбу с глобальным изменением климата

Bizi sosial şəbəkələrdə izləyin

Xəbər lenti