Qidanın keyfiyyəti insanlıq üçün təhlükə yaradır
Bakı/22.01.18/Turan: Müasir texnologiyalar artıq bütün Yer əhalisini doyurmağa imkan verir, buna grə gələcəkdə əsas təhlükə aclıq deyil, qidanın keyfiyyəti olacaq, BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının (FAO) Moskva şöbəsinin rəhbəri Yevgeniya Serova belə hesab edir.
"Yaxın gələcəkdə dünyada antibiotiklər böyük ehtimalla xəstəliklərdən qorumaq qabiliyyətini itirəcək, ərzaq məhsulları isə neft emalı tullantılarından istehsal olunacaq. Ərzaq məhsullarının qlobal istehsalı artdıqca qida təhlükəsizliyi riski də artır. Bu, kifayət qədər yeni və çətin problemdir", deyə Serova qeyd edib.
FAO eksperti həmçinin hesab edir ki, insanlara ehtiyatları gələcək nəsillər üçün saxlayan istehsal lazımdır.
Mövcud yanaşma ilə tezliklə 50% daha çox torpağa, suya və s. ehtiyac olacaq. "Bu resursları haradan alacağıq? Amma ərzaq itkisini heç olmasa yarıbayarı azaltsaq, istehsalı cəmi 28% artırmaq lazım gələcək", deyə Serova qeyd edib.
Bunun üçün ictimai təfəkkür üzərində işləmək lazımdır. Müasir sabit inkişaf konsepsiyası həm də kütləvi şüurdur. İnsanlar dərk etməlidirlər ki, əvvəlki iqtisadi inkişaf davam etdirmək artıq mümkün deyil - sadəcə olaraq dünyada ehtiyatlar yoxdur, deyə o qeyd edib.
Qida təhlükəsizliyi əsas ərzaq məhsulalrının böyük hissəsini idxal edən Azərbaycan üçün də aktual problemdir. Kənd təsərrüfatı sahəsində vəd olunmuş islahatlar hələ də əhalinin yerli ərzaq məhsulları ilə təmin edilməsi problemini həll etməyib. -02D-
Cəmiyyət
-
Ölkənin lider telekommunikasiya şirkəti 10 tələbəyə şirkətdə yay təcrübə proqramında iştirak etmək hüququ verdi Azercell ADA Universitetinin Karyera Hazırlığı Həftəsində iştirak etdi. Həftə zamanı mobil operatorun təşkil etdiyi seminarlarda, yekun qiymətləndirmə və müsahibələrdə seçilmiş 10 tələbə Azercell-in yay təcrübə proqramına qatılmaq imkanı əldə etdi. Bu təcrübə tələbələrə praktiki bacarıqlar və telekommunikasiya sənayesi ilə tanışlıq qazandıracaq.
-
Fransa Azərbaycanı Yeni Kaledoniyanın daxili siyasətinə müdaxilədə ittiham edib. Bu ölkənin daxili işlər naziri Jerald Darmanen mayın 15-də "France 2" televiziyasına müsahibəsində Yeni Kaledoniya ilə bağlı suala cavab verərkən deyib ki, "Kaledoniyanın müstəqillik tərəfdarlarından bəzi liderləri Azərbaycanla sövdələşiblər, bu, danılmazdır".
-
Mayın 18-də Bakıda və Abşeronda yağıntılı tutqun hava şəraiti davam edəcək. Şimal-qərb küləyi əsəcək. Havanın temperaturu gecə müsbət 11+13, gündüz müsbət 15+19 dərəcə olacaq.
-
Turan İnformasiya Agentliyinin son araşdırmaları Azərbaycanda kanalizasiya sisteminin idarə olunması ilə bağlı narahatedici hüquqi pozuntuları və ekoloji təhdidləri üzə çıxarıb. Turan-ın dərc etdiyi üç məqalədə dövlət nəzarətindəki ciddi nöqsanlar işıqlandırılır ki, bu da kanalizasiya xətlərinin icazəsiz tikintisinə və təmizlənməmiş çirkab sularının Zaqulba və Buzovna çimərliklərinin yaxınlığında Xəzər dənizinə axıdılmasına səbəb olub.
Rəy yaz