Alpinistlərdən xəbər yoxdu�
Bakı/22.01.18/Turan: "Gilavar" - hava və ekstrim idman klubunun alpinistləri Fəridə Cəbrayılzadə, Babur Hüseynov və Namin Bünyatzadənin axtarışları davam edir.
Quba rayonunda dağlıq ərazidə itkin düşmüş alpinistlərin axtarışları ilə əlaqədar Əməliyyat Qərargahının məlumatında belə yazılır.
Məlumata görə, axtarış işləri əsasən Fövqəladə Hallar Nazirliyinin müvafiq xilasetmə qüvvələri, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin əməkdaşları və peşəkar alpinistlərdən ibarət könüllü dəstələr tərəfindən aparılır. Dünəndən etibarən Azərbaycan Respublikası Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentliyin mütəxəssisləri (xüsusi təyinatlı avadanlıqlarla təhciz edilmiş) də axtarışlara qoşulub.
"Son günlər ərzində alpinistlərin itkin düşdüyü ehtimal olunan ərazilər üzrə axtarış işləri davam etdirilib, onların olduğu güman edilən digər ərazilərdə yoxlamalar aparılıb", məlumatda qeyd olunur.
Axtarış-xilasetmə işləri mürəkkəb reylefli yüksək dağ massivində (dəniz səviyyəsindən 3000-3200 m yüksəklikdə) aparılır.
"Gilavar" hava-ekstrim idman klubunun üzvləri Fəridə Cəbrayılzadə, Babur Hüseynov və Namin Bünyatzadə dekabrın 23-də Quba rayonunun Xınalıq kəndi istiqamətindən Tufandağa (4191m) yürüşə çıxıblar. Dekabrın 24-də ailələri ilə danışan alpinistlərlə az sonra əlaqə itib.
Fövqəladə Hallar Nazirliyi dekabrın 27-dən alpinistlərin axtarışına başlayıb.
Sonradan Avstriya və Türkiyədən olan mütəxəssislərin də axtarışlara cəlb edildiyi bildirilirdi.
Hadisəylə bağlı Cinayət Məcəlləsinin 314.2-ci (səhlənkarlıq - ehtiyatsızlıqdan ağır nəticələrə səbəb olduqda) maddəsi ilə iş başlanılıb.
Cəmiyyət
-
Azərbaycanda saxlamalar, həbslər davam edir. Dünən, aprelin 29-da Seçkilərin Monitorinqi və Demokratiyanın Tədrisi Mərkəzinin sədri Anar Məmmədli saxlanıb. Onun da qaçaqmalçılıqda şübhəli sayıldığı deyilir. Son aylar Azərbaycanda 20-yə qədər jurnalist, ictimai fəal qaçaqmalçılıq ittihamı ilə həbs edilib. Onlar ittiham ilə razılaşmır, bunu peşə fəaliyyətləri və siyasi sifarişlə izah edirlər.
-
Mayın 1-də Bakıda və Abşeron yarımadasında hava şəraiti əsasən yağmursuz keçəcək. Havanın temperaturu gündüz 21-26 dərəcə isti təşkil edəcək.
-
4-5 may 2024-cü il tarixlərində İçərişəhərdə Azərbaycanın ilk Milli Xalça Festivalı keçiriləcək.
-
İsti ayların gəlməsilə Azərbaycanın kənd yerlərində onilliklər boyu həll olunmayan bərk məişət tullantılarının toplanması problemi yenidən aktuallaşır.
Sanksiya xəbərləri fonunda Azərbaycanda baş verən həbslər... – Rüfət Səfərov Çətin sualda
InvestPro Azerbaijan Baku & Turkiye Istanbul 2024 – two conferences in one shot
Xəbər lenti
-
- Siyasət,
- 15:14
- 205
-
- Söz istəyirəm,
- 13:32
- 218
Rəy yaz