Əsas - TURAN.AZ
Siyasət
İqtisadiyyat
Enerqetika
Maliyyə
Analitika
- BURAXILIŞLAR -
Siyasət xəbərlər bulleteni
İqtisadiyyat xəbərlər bulleteni
Enerqetika xəbərlər bulleteni
Maliyyə xəbərlər bulleteni
- İCMALLAR -
Bazarların icmalı
Siyasi monitorinqi
İqtisadiyyat icmalı
* * *
Əsas - CONTACT.AZ
Deməyə sözüm var
Cəmiyyət
Mədəniyyət
Dünyada
- MÜSAHÌBƏ -
Müsahibə
ÇƏTİN SUAL
- REPORTAJLAR -
Foto sessiyalar
Aktual reportaj
TANIMALI AZƏRİLƏR
- XƏBƏRLƏR SEÇİMİ -
«Gürcüstan işi»
* * *
Bağla
Pul güdənlər?

Pul güdənlər?
Deməyə sözüm var... 


2018 Yanvar 02 ( Çərşənbə axşamı )  14:42:15
Çap versiyası
Fərid Rustamzadə / facebook.com/frustamzada

Bu məlumatı mümkün qədər dəqiqləşdirib, sübutlar toplayıb bütün ölkədə ictimailəşdirəcəyik. Əgər doğrudursa, Fəridənin və digər 2 gəncin hələ də evinə qayıtmamasında məsuliyyəti birbaşa bu şəxslər daşıyır. Cihazlardan istifadə etmək olardı, heç olmasa itlərdən aktiv yararlanmaq olardı amma, əksinə şəxsi mənfəət xatirinə dövlət orqanlarında çalışan bəzi məmurların o gəncləri ölümün qucağına atdığına dair iddialarla qarşılaşmışıq. Məlumatı dəqiqləşdirmək üçün orada olan könüllü dostlarınızı və jurnalistləri buraya tag edin zəhmət olmasa. Bu məsələ burada bitməyəcək, doğruluğu sübut olunarsa, gənc yaşlarında dostlarımızın ölümə tərk edilməsinin bədəlini səbəbkarlar ağır ödəyəcək.

Könüllülər yazır:

"İndi isə gələk orada vicdansızlıq edib camaatın balasının ölüsündən və dirisindən də qazanc götürməyə çalışan daha yüksək rütbəlilərə...

Nə qədər ki axtarışlara FHN-nin Quba regional bölümünün rəisi polkovnik Şahin Mirzəyev rəhbərlik edir, heç bir nəticə gözləməyin. ilk növbədə qərargahda heç bir şərait yaratmamışdı. Hətta uzaq olmasına baxmayaraq çadır gətirmək əvəzinə çobanların alaçığına yığışmışdılar.

İşçilərin yedikləri axırıncı günə qədər sadəcə kolbasa-çörək idi. İradlardan sonra əsgərlərə quru əsgər payı paketləri verildi.

Buna görə etiraz bildirən bir neçə könüllü kampdan qovuldu.

Xınalıqdan "Şah Yaylağı" na(qərargahın olduğu yer)QAZ-66 markalı maşınlar Xınalıq camaatından könüllü axtarışlara qoşulanları və Bakıdan köməyə gələn könüllüləri aparıb gətirmək üçün ən azı 5 reys edir.

Bunun üçün də dövlət büdcəsindən vəsait ayrılıb. Ancaq Şahin Mirzəyev bacardığı qədər bu reyslərin sayını azaltmağa çalışır, hesabatda isə sayını çox göstərib pulunu mənimsəyir. Bu hələ Şahin Mirzəyevin yediyi pulların bizim bildiyimiz kiçik bir hissəsidir. Axtarışları da qəsdlə uzadır ki, bu yeyinti hallarını davam etdirə bilsin.

Axtarış üçün gətirilən itləri də, cəmi bircə dəfə axtarışa cəlb etdi. Daha sonra itlərə soyuq olar bəhanəsini gətirib itlərdən istifadə etməyə imkan vermədi.

Halbuki, dağçıların tapılması üçün iki ən vacib şərt var idisə, biri o itlər idi. Digəri isə mina axtaranlar idi ki, ilk günlərdən tələb olunmasına baxmayaraq, yalnız 3o-u günorta saatlarından sonra gəlib çıxmışdılar. Bunun da səbəbkarı polkovnikmiş. ANAMA-nın işçiləri bizə dedilər ki, biz çoxdan hazır vəziyyətə gətirilmişdik. Axtarışa rəhbərlik edən rəisin göstərişini gözləyirdik.

Şahin Mirzəyev könüllülərin və Xınalıq camaatının axtarışı ürəklə etdiyini görüb maneçilik törətmək istəyirdi. Bunun da iki səbəbi var idi. Birincisi o istəyirdi ki, FHN-dən qeyrisi dağçıları tapmasın. Çünki bu onun fəaliyyətinə minus idi. Digər yandan isə axtarışları uzatmaq istəyirdi ki, daha çox pul mənimsəyə bilsin.

Özümün şahidi olduğum bir məsələni yazım. Ayın 30-da bir nəfər adını bilmədiyim könüllü ona etiraz etdiyinə görə Şahin onun üstünə hücum çəkdi, vurmaqla hədələdi. Axtarış üçün yardıma gələn könüllüylə prinsipə girdi. Daha sonra polkovnik həmin könüllünün də içində olduğu bir qrup könüllünün təxliyyəsi üçün helikopter çaırmışdı. Sonra isə NİVa-yla helikopterin düşdüyü meydançaya adam göndərib, helikopteri boş geri qaytarmışdı. Ayın 31-i isə Xınalıq kəndindən olan könüllü dəstə ilə prinsipə düşmüş onlara müxtəlif maneələr göstərməyə çalışmışdı.

Bu bir neçə gündə Şahin Mirzəyevin etdiyi özbaşınalıqlar, qanunsuzluqlar, axtarışa göstərdiyi maneələr sayılmaqla bitməz."