Хасан Роухани (Фото: Stephanie Keith / Reuters)
Ruhani etirazların dördüncü günü açıqlama verdi
İran prezidenti Həsən Ruhani ölkə boyu hökumət əleyhinə etiraz nümayişlərinin dördüncü günü ilk dəfə olaraq ictimaiyyətə açıqlama verərək, insanların hökumətə etiraz etmək və tənqid etmək hüququ olduğunu deyib.
İranın dövlət mediası Ruhaninin nümayişlərlə bağlı bu açıqlamaları bazar günü kabinetinin iclasında verdiyi haqda məlumat verib. Lakin dövlət mediasının verdiyi məlumata görə, Ruhani deyib ki, etirazçılar diqqətləri ölkənin problemlərinin həlli və insanların həyatının yaxşılaşdırılmasına yönəltməlidir.
İran prezidenti eyni açıqlamaları Twitter səhifəsində yerləşdirib. Ruhani bildirib ki, ictimai iğtişaşlar və dövlət əmlakının dağıdılması qəbuledilməzdir.
Bu, İranda 2009-cu ildə prezident seçkisinin ardınca keçirilmiş kütləvi nümayişlərdən bəri ən böyük etiraz aksiyalarıdır. Nümayişçilər yüksək ərzaq qiymətləri və ölkədə işsizliyə etiraz edir.
Ruhani bazar günü açıqlamalarında ABŞ prezidenti Donald Trampı tənqid edərək, onun bir neçə ay əvvəl İranı "terrorçu" dövlət adlandırdığına görə İran xalqı ilə "həmdərd olmaq" hüququ olmadığını deyib.
Tramp bazar günü Twitter sosial şəbəkəsində mesajlarının birində yazıb ki, "insanlar nəhayət onların pulu və rifahının oğurlanıb terrorizmə sərf edildiyini başa düşməyə başlayır". Tramp onun administrasiyasının İran hökumətinin nümayişlərə cavab olaraq, insan haqlarını pozması hallarını diqqətlə izlədiyini əlavə edib.
Amerikanın Səsinin fars xidmətinin paylaşdığı video görüntülərdə İranın müxtəlif şəhərlərində insanların bazar günü küçələrdə etiraz nümayişləri keçirdiyi nümayiş etdirilir.
Dünyada
-
Rusiya çərşənbə günü Birləşmiş Ştatlar və Yaponiya tərəfindən dəstəklənən BMT-nin bütün ölkələri kosmosda təhlükəli nüvə silahı yarışının qarşısını almağa çağıran qətnaməsinə veto qoyub və bunu “çirkli şou” adlandırıb.
-
HƏMAS qruplaşması tərəfindən oğurlanan israilli girovların təxminən yarısı Qəzzada öldürülüb, İsrail əsilli amerikalı əsir həyatını təsdiqləyən nadir videoda bildirib.
-
İran İnqilab Məhkəməsi tanınmış iranlı reper Tumac Salehini 2022-23-cü illərdə İranda iğtişaşlarda iştirak etməkdə ittiham edərək edam cəzasına məhkum edib, onun vəkili çərşənbə günü İranın "Şərq" qəzetinə bildirib.
-
Çərşənbə axşamı səhər saatlarında Ukrayna hərbçiləri bildiriblər ki, Rusiya Ukraynaya pilotsuz təyyarə ilə hücum təşkil edib. Qara dəniz sahilindəki Odessa limanında dördü uşaq olmaqla doqquz nəfər yaralanıb. Həmçinin Ukraynanın paytaxtı Kiyevə hücum edilib.
Rəy yaz