Əsas - TURAN.AZ
Siyasət
İqtisadiyyat
Enerqetika
Maliyyə
Analitika
- BURAXILIŞLAR -
Siyasət xəbərlər bulleteni
İqtisadiyyat xəbərlər bulleteni
Enerqetika xəbərlər bulleteni
Maliyyə xəbərlər bulleteni
- İCMALLAR -
Bazarların icmalı
Siyasi monitorinqi
İqtisadiyyat icmalı
* * *
Əsas - CONTACT.AZ
Deməyə sözüm var
Cəmiyyət
Mədəniyyət
Dünyada
- MÜSAHÌBƏ -
Müsahibə
ÇƏTİN SUAL
- REPORTAJLAR -
Foto sessiyalar
Aktual reportaj
TANIMALI AZƏRİLƏR
- XƏBƏRLƏR SEÇİMİ -
«Gürcüstan işi»
* * *
Bağla
Kütləvi etirazlar İranın qeyri-fars bölgələrinə də yayılıb

Kütləvi etirazlar İranın qeyri-fars bölgələrinə də yayılıb
Dünyada 


2018 Yanvar 01 ( Bazar ertəsi )  11:23:29
Çap versiyası
VOA

İranın ikinci ən böyük şəhəri olan Məşhəddə bahalığa etiraz olaraq başlanan və müxtəlif bölgələrdə hakimiyyətə qarşı şüarlarla davam edən kütləvi aksiyalar qeyri-fars bölgələrinə də yayılıb.

Əhalisinin əksəriyyətinin türk olduğu Zəncan, Qərbi Azərbaycan, Ərdəbil, Həmədan və Qəzvin vilayətləri, həmçinin lur, kürd, ərəb, bəluç və gilək icmalarını sıx yaşadığı vilayətlərdə dekabrın 29-u, 30-u və 31-də küçəyə çıxan etirazçılar farsca və digər dillərdə şüarlar səsləndiriblər.

​Polis və hərbi qüvvələrin sərt müdaxiləsi ardından dekabrın 30-da Luristan vilayətinin Dürud şəhərində azı 2 etirazçının məmurların açdığı atəş nəticəsində həlak olduğu bildirilir.

Sosial mediada yayımlanan məlumata görə, ölənlərin sayı daha artıqdır, ancaq lur etnik icmasına mənsub Həmzə Ləşəni və Hüseyn Rəşnunun ailələri onların etirazlarda həlak olduğunu təsdiq edib.

Sosial medianın bəzi güneyli istifadəçiləri #Qalx_Türk (#قالخ_تورک) hashtagi ilə xüsusilə Təbriz əhalisini kütləvi etirazlara qatılmağa dəvət edirlər..

Qeyri-fars qrupların idarə etdiyi internet portalları tərəfindən yayımlanan məlumat və videolara istinadən, etirazçılar bu bölgələrdə bahalıq və iqtisadi problemlərdən əlavə, həmin bölgələrə məxsus problemləri də gündəmə gətirirlər.

Güney Azərbaycan Televiziyası (Günaz TV) və Araz News kimi internet portalları Urmiyə və Ərdəbildə türk dilində şüarların səsləndirildiyi haqda məlumat verib.

Qeyri-fars icmalara mənsub müxtəlif siyasi təşkilatların üzvü olduğu "Federal İranın Milliyətləri Konqresi" İranda davam edən etirazlara dəstək bəyanatı yayıb. Həmçinin birgə bəyanat yayımlayan İran kürdlərinin iki əsas təşkilatı olan "İran Kürdüstanı Demokrat Partiyası" və "Komele" də etirazçılara dəstək bildirib.

Güney təşkilatlarının çoxu hələlik etirazlara dair rəsmi münasibət bildirməyib, lakin Güney Azərbaycan Televiziyası (Günaz TV) sadəcə İran Azərbaycanı deyil, İranın tamamında baş verən kütləvi aksiyaların xəbərlərini izləyicilərinə çatdırmaqdadır.

Sosial medianın bəzi güneyli istifadəçiləri #Qalx_Türk (#قالخ_تورک) hashtagi ilə xüsusilə Təbriz əhalisini kütləvi etirazlara qatılmağa dəvət edirlər. Bunlar İranın digər şəhərlərində səsləndirilən bir çox şüar yerinə fərqli şüarlar təklif edir.