Sahibkarlar Sumqayıt Şəhər İcra Hakimiyyətinin onlara olan borcunu tələb edirlər
Bakı/29.01.18/Turan: 2016-2017-ci illərdə Sumqayıtda yeni dənizkənarı bulvarın tikintisində iştirak edən bir qrup sahibkar bu gün Prezident Administrasiyasına gedərək onlara olan borcun ödənilməsini tələb edib. Bu dəfə də onlara ümid veriblər ki, borclar ödəniləcək.
Sahibkarlar Sumqayıt Şəhər İcra Hakimiyyəti başçısının onlara olan borcları ödəməsini tələb edirlər. Bu tələb Prezident Administrasiyasının nümayəndələri ilə görüşdə səslənib. Yanvarın 31-də prezidentin köməkçilərindən biri sahibkarları qəbul edəcək. Ancaq sahibkarlar deyirlər ki, daha bu vədlərə inanmırlar.
Sumqayıt Şəhər İcra Hakimiyyətinin mətbuat xidmətindən Turan-a bildiriblər ki, nə şəhər hakimiyyətinin başçısı Zakir Fərəcov, nə də İcra Hakimiyyətinin digər rəsmi nümayəndəsi borclara görə maliyyə məsuliyyəti daşımır. "Sumqayıt Şəhər İcra Hakimiyyəti borclarını tələb edən şəxslər ilə müqavilə və ya digər saziş üzrə tərəf deyil. Həmin borclara məsul şəxs vəsaitləri mənimsədiyinə görə həbs edilib", - Sumqayıt Şəhər İcra Hakimiyyətinin mətbuat xidmətinin rəhbəri Eyvaz Qocayev bildirib.
Sahibkarlar bildiriblər ki, Sumqayıtda dənizkənarı bulvarın tikintisi layihəsinə görə onlara 12 mln. manat verilməlidir. Tikinti işləri başa çatdıqdan sonra bulvarın idarə edilməsi məqsədilə "Sumqayıt Bulvarı" məhdud məsuliyyətli cəmiyyət yaradılıb.08D--
-
- İqtisadiyyat
- 29 Yanvar 2018 13:37
-
- Siyasət
- 29 Yanvar 2018 14:03
İqtisadiyyat
-
Azərbaycan Mərkəzi Bankının (AMB) son məlumatlarına əsasən, Azərbaycanın bank sektoru 2024-cü ilin birinci rübündə güclü artım nümayiş etdirib, onun aktivləri ötən ilin müvafiq dövrü ilə müqayisədə 9,1% artaraq ümumilikdə 48,91 milyard manata çatıb.
-
“Ölkəmizdə fəaliyyət göstərən sahibkarlıq subyektlərinin 99,6%-nin kiçik və orta sahibkarlıq subyektləri olduğunu nəzərə alsaq, ölkənin davamlı inkişafının KOM-ların inkişaf səviyyəsi ilə sıx bağlı olduğu göz qabağındadır”, - deyə KOBİA İdarə Heyətinin sədri Orxan Məmmədov “ Azərbaycanın sosial-iqtisadi inkişafında yeni dövr” adlı konfransda bildirib.
-
Azərbaycanın ÜDM-də qeyri-dövlət sektorunun payı 83%-ə çatıb, məşğulluqda payı isə 78%-i ötüb. Hazırda ölkədə sahibkarlıq subyektlərinin təqribən 99,6 faizini kiçik və orta sahibkarlıq təşkil edir və onların dəyər yaradılmasında, ixracda, məşğulluqda və investisiya qoyuluşunda xüsusi çəkisi artır. Bu il aprelin 1-nə ölkədə aktiv vergi ödəyicilərinin sayı artaraq 768 mindən çox olub.
-
Bakı-Tbilisi-Qars (BTQ) dəmir yolunun Gürcüstan hissəsinin tikintisi başa çatmaq üzrədir, işlərin 95%-i artıq tamamlanıb. “Trend”in məlumatına görə, bunu Azərbaycanın rəqəmsal inkişaf və nəqliyyat nazirinin müavini Samir Məmmədov Bakıda Azərbaycan-Macarıstan hökumətlərarası komissiyasının 10-cu iclasında deyib.
Rəy yaz