Əsas - TURAN.AZ
Siyasət
İqtisadiyyat
Enerqetika
Maliyyə
Analitika
- BURAXILIŞLAR -
Siyasət xəbərlər bulleteni
İqtisadiyyat xəbərlər bulleteni
Enerqetika xəbərlər bulleteni
Maliyyə xəbərlər bulleteni
- İCMALLAR -
Bazarların icmalı
Siyasi monitorinqi
İqtisadiyyat icmalı
* * *
Əsas - CONTACT.AZ
Deməyə sözüm var
Cəmiyyət
Mədəniyyət
Dünyada
- MÜSAHÌBƏ -
Müsahibə
ÇƏTİN SUAL
- REPORTAJLAR -
Foto sessiyalar
Aktual reportaj
TANIMALI AZƏRİLƏR
- XƏBƏRLƏR SEÇİMİ -
«Gürcüstan işi»
* * *
Bağla
BBC.com

BBC.com

İranda etirazlar molla rejiminə ciddi mesajdır
Siyasət 


2018 Yanvar 01 ( Bazar ertəsi )  11:09:32
Çap versiyası
English Русский 
Turan IA

Dekabrın 31-i də daxil olmaqla, dörd gündür İranda kütləvi etirazlar və hər iki tərəfdən - həm mitinq iştirakçıları, həm də ictimai asayiş qüvvələri tərəfindən zorakılıq başa çatmaq bilmir. Saxlanılanların, yaralananların və öldürülənlərin dəqiq sayı açıqlanmır, amma bir videoçarxda nüayişçilərin polisləri daşa tutduğu görünür. Ölkədə sosial şəbəkələr və messencerlər bağlanıb.

ABŞ prezidenti Donald Tramp bildirib ki, ABŞ İrandakı etirazları diqqətlə izləyir. O, yenə ölkə rəhbərliyini terrorizmi dəstəkləməkdə ittiham edib - onun sözlərinə görə, məhz bu dəstək etirazlara səbəb olub. İran prezidenti Həsən Ruhani gözlənilməyən bəyanat verərək, ölkə xalqının etirazlara və hökuməti tənqid etməyə hüququ olduğunu bildirib.

Mitinq iştirakçıları dini lider ayətullah Xamneyinin ölümünü istəyir, geyimlə bağlı məcburi dini qaydaların ləğvini, qiymətlərin ucuzlaşdırılmasını, İranın başqa ölkələrin daxili işlərinə ölkəyə baha başa gələn müdaxilələrinə son qoymasını tələb edirlər. Qeyd edək ki, etirazların ilk günü Tehranın polis idarəsinin rəisi klerikalların tətbiq etdiyi geyim qaydalarını pozan qadınların saxlanması və polisə aparılması təcrübəsinə son qoyulduğunu elan edib. Amma başı örtməməyə və geyimlə bağlı digər dini qanunların pozulmasına görə cərimə sanksiyaları və məhkəmə təqibi davam edəcək.

"Hazırda İranda sosial etiraz bir qədər zəifləyib, bunu insanların üç günlük fəal nümayişlər nəticəsində yorulması ilə izah etmək olar. Bununla belə, Tehranda dövlət hakimiyyəti, demək olar ki, yoxdur. Buna baxmayaraq, kütləvi etirazın dəqiq strukturu və iyerarxiyası yoxdur: etiraza rəhbərlik etmək iqtidarında olan liderlər çox vaxt kortəbii şəkildə ortaya çıxır və elə kortəbii şəkildə də öz əlaqələndirici funksiyalarını başqa şəxslər arasında bölüşdürür", - hadisələri Rusiyalı politoloq Denis Korkodinov belə təhlil edir.

"Mücahidin-e Xalq" ("İran xalqının mücahidlər təşkilatı") - İran İslam Respublikasına qarşı mübarizə aparan solçu-radikal terror təşkilatı liderliyə can atır. Amma onun inqilaba rəhbərlik etmək üçün, demək olar ki, heç bir şansı yoxdur.

"Sāzmān-e mojāhedin-e khalq-e Irān", mahiyyətcə, antiklerikal təşkilatdır, bu da yerli əhali arasında müəyyən tələbat yaradır. Amma bununla belə, bu təşkilatın tərəfdarları 1980-1988-ci illərdə İran-İraq müharibəsində Səddam Hüseynin yanında fəal iştirak ediblər ki, bu da, şübhəsiz, İran seçicilərinin əksəriyyətinin narazılığına səbəb olur. Buna baxmayaraq, etirazçı kütlə müəyyən dərəcədə strukturlaşıd.r Etiraz iştirakçıları öz-özlərini təşkil etməyə çalışırlar, amma hələlik əyalət müxalifətinə arxalanmadan. Bu şəraitdə İran rəhbərliyi hələlik nə baş verdiyini və hansı nəticələr gözləməli olduğunu başa düşmür. Polis qüvvələri etiraz iştirakçılarının dağıdılmasında həvəssiz iştirak edir. Bütün bunlarla yanaşı, "KSİR", "Sazman-e Basic-e Mostazafin" İranın daxili işlərinə qarışmadan, neytrallığı qoruyub saxlamağa çalışır.

Əsas problem ondadır ki, İranda de-fakto etiraz edən vətəndaşları dağıdacaq qüvvə yoxdur: ayətullah rejiminin bütün əsas hərbi qüvvələri Suriya, İraq və Livanda cəmləşib. Tehran, demək olar ki, inqilab təhlükəsi ilə təkbətək qalıb, icazəsiz aksiyaların iştirakçılarına heç kim qəti müqavimət göstərə bilmir. Bu səbəbdən etiraz aksiyasının intensiv və tamamilə maneəsiz şəkildə bütün İran ərazisində yayılması tamamilə izah oluna bilər.

İran 8-10 il dövriliklə qaynayır. Hazırki etirazlar müqəddəs Məşhəd şəhərində başlayıb və sürətlə paytaxta və ölkənin digər şəhərlərinə çatıb, - deyə politoloq Elxan Şahinoğlu qeyd edib.

"İki nəfərin öldürüldüyü bildirilir. İlk baxışda etirazların səbəbi sosial tələblər kimi görünür, amma bu, sadəcə görüntüdür, belə ki, kütləvi yürüşlər zamanı xalq siyasi şüarlar səsləndirir. Etirazçılar Qüds və Suriya üzrə rəsmi siyasətə son qoyulmasını tələb edirlər. İran rəhbərliyi sosial problemləri etiraf edir, amma bu problemlərin xarici mənbələrinə istinad edir, kənardan təhrik olduğuna işarə edir, hətta öldürülən iki etirazçının xarici kəşfiyyatlarla əlaqəsi olduğu bildirilib. ABŞ, Səudiyyə Ərəbistanı və İsrailin əli olduğunu istisna etmirəm. İsrail öz ölkəsində olan İran nüvə alimlərini öldürə bilibsə, bu dövlət üçün kütləvi iğtişaşları təhrik etmək çətin olmaz", deyə politoloq E.Şahinoğlu yazır.

Azərbaycan İrandaxili işlərə müdaxilə etmir və qonşu dövlətdə sabitliyin tərəfdarıdır. Amma, birincisi, biz İranda yaşayan azərbaycanlıların taleyinə biganə qala bilmərik, ikincisi isə, İranın Ermənistanla yaxınlığı və əməkdaşlığı bizi narahat edir. Buna görə İrandakı kütləvi hadisələrin təsiri altında xarici siyasətdə müsbət dəyişikliklər arzulayırıq. Əlbəttə, deyilənlər etirazçıların mütləq qalib gələcəyi demək deyil. Böyük ehtimalla hakim rejimin fəallaşacağını, ordunun küçələrə çıxarılacağını və kütləvi aksiyaların yatırılacağını gözləmək olar. Amma baş verənlər iğtişaşların təkrarlanmasını istəməyəcək İran hakimiyyəti üçün ciddi mesajdır, E.Şahinoğlu belə hesab edir.

Sosial şəbəkədə Azərbaycanlılar Bakıda İran qaçqınlarının peyda olacağı, qonşu ölkədən qaçanların aldığı daşınmaz əmlakın qiymətinin bahalaşacağı ehtimalı ilə bağlı narahatlıqlarını bildirirlər. Jurnalist Qafqaz Ömərov qorxur ki, İranda sabitliyin pozulması bütünlükdə regionda və ilk növbədə Cənubi Qafqazda, daha sonra isə Mərkəzi Asiyada sabitliyin pozulmasına gətirib çıxara bilər. "İran türkləri və kürdləri ümumiyyətlə sevinməsin. İraqda Səddam rejiminin dağılması göstərdi ki, ssenari müəllifləri heç də dağılmış ölkələrin ərazisində kiçik etnik dövlətlər yaratmağı planlaşdırmır. Qərb İran rejiminin təməllərini sarsıda bilsə, İranda da belə olacaq. İran böyük ərazini əhatə edir, orada onlarla xalq, millət və konfessiya yaşayır. Rejim dağılacağı təqdirdə hər bir xarici dövlət öz casuslarını işə salacaq və 1,6 mln. kv. km-dən çox ərazisidə xaos başlayacaq. Maraqlıdır, İranda fors-major olarsa, Ankara və Bakının planları necədir?", deyə Ömərov sual edir.

Azərbaycanın rəsmi qurumları İrandakı hadisələrlə bağlı fikir bildirməyiblər, sanki orada heç nə baş vermir. Prezident İ.Əliyev cəmi bir dəfə televiziya ekranlarına çıxıb - 31 dekabr Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni İl münasibətilə təbrik üçün. O, nitqində Ermənistana, Dağlıq Qarabağa, idman tədbirlərinə, BTQ dəmir yoluna, iqtisadiyayta və Avropa İttifaqı ilə münasibətlərə toxunub, İranın isə adını belə çəkməyib.