Əsas - TURAN.AZ
Siyasət
İqtisadiyyat
Enerqetika
Maliyyə
Analitika
- BURAXILIŞLAR -
Siyasət xəbərlər bulleteni
İqtisadiyyat xəbərlər bulleteni
Enerqetika xəbərlər bulleteni
Maliyyə xəbərlər bulleteni
- İCMALLAR -
Bazarların icmalı
Siyasi monitorinqi
İqtisadiyyat icmalı
* * *
Əsas - CONTACT.AZ
Deməyə sözüm var
Cəmiyyət
Mədəniyyət
Dünyada
- MÜSAHÌBƏ -
Müsahibə
ÇƏTİN SUAL
- REPORTAJLAR -
Foto sessiyalar
Aktual reportaj
TANIMALI AZƏRİLƏR
- XƏBƏRLƏR SEÇİMİ -
«Gürcüstan işi»
* * *
Bağla
XİN rəsmisi İtaliyanın ATƏT-in sədri statusunda prioritetləri barədə

XİN rəsmisi İtaliyanın ATƏT-in sədri statusunda prioritetləri barədə
Siyasət 


2018 Yanvar 02 ( Çərşənbə axşamı )  22:42:48
Çap versiyası
English Русский 

Bakı/02.02.18/Turan: ATƏT-in 2018-ci il üzrə fəaliyyətdə olan sədri kimi İtaliyanın prioritetləri sırasına Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin ATƏT-in Minsk Qrupunun həmsədrlərinin vasitəçiliyi və səyləri ilə həll edilməsinin daxil edilməsini müsbət qiymətləndiririk. Bu barədə XİN-nin Mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev bildirib

"Biz ATƏM-in (sonradan ATƏT adlandırıldı) Minsk Konfransının və sonradan ATƏT-in Minsk Qrupunun sədri olmuş İtaliya parlamentinin üzvü və İtaliyanın xarici işlər nazirinin müavini Mario Rafaelli tərəfindən BMT Təhlükəsizlik Şurasının 822 saylı qətnaməsinə əsasən hazırlanmış Ermənistan qoşunlarının Azərbaycanın işğal olunmuş ərazilərindən çıxarılmasını nəzərdə tutan "Təcili tədbirlər haqqında vaxt cədvəlini" çox yaxşı xatırlayırıq. Ermənistan qoşunlarının Azərbaycanın işğal olunmuş ərazilərindən çıxarılmasına dair "Təcili tədbirlər haqqında vaxt cədvəli" BMT TŞ-nın 853 saylı qətnaməsinin əlavəsi kimi təqdim edilib", - deyə Hacıyev vurğulayıb.

874 saylı qətnamədə BMT Təhlükəsizlik Şurası ATƏT-in Minsk qrupu tərəfindən təqdim olunan "Təhlükəsizlik Şurasının 822 və 853 saylı qətnamələrinin icrası üçün təcili tədbirlər haqqında yenilənmiş vaxt cədvəli" adlı sənədini alqışlayır və təqdir edir.

Həmçinin, BMT TŞ-nın 874 saylı qətnaməsində ATƏM-in Minsk Qrupunun "Yenilənmiş vaxt cədvəlində" nəzərdə tutulan qarşılıqlı və təcili tədbirlərin həyata keçirilməsinin təmin olunması, xüsusən işğalçı qüvvələrin Azərbaycanın işğal olunmuş ərazilərindən çıxarılması tələb olunur.

Ermənistan qoşunlarının Azərbaycanın işğal olunmuş ərazilərindən çıxarılmasına dair "Təcili tədbirlər haqqında vaxt cədvəli" ATƏM-in Minsk konfransının o zaman üzvü olan 9 ölkə tərəfindən birlikdə hazırlanıb.

1993-cü ilin 28 iyulunda ATƏM-in Minsk Konfransının sədri statusunda Minsk Konfransının 9 ölkəsi adından Mario Rafaelli verdiyi bəyanatında və BMT Baş katibinə təqdim etdiyi hesabatında bildirib: "Güc yolu ilə işğal olunmuş ərazilərdən qoşunların dərhal çıxarılması sülh danışıqlarının irəli aparılması üçün ən mühüm amildir" (BMT Təhlükəsizlik Şurasının S/26184 28 iyul 1993-cü il tarixli sənədi).

Biz ümid edirik ki, İtaliya Respublikası ATƏT-in Fəaliyyətdə olan sədri statusunda BMT TŞ-nın müvafiq qətnamələrinin tələblərinin yerinə yetirilməsi üçün öz mövqeyində davamlılıq nümayiş etdirəcək.

874 saylı qətnamədə BMT Təhlükəsizlik Şurası ATƏT-in Minsk qrupu tərəfindən təqdim olunan və onun bütün üzvləri tərəfindən təqdim olunan "Təhlükəsizlik Şurasının 822 və 853 saylı qətnamələrinin icrası üçün təcili tədbirlər haqqında yeniləşdirilmiş vaxt cədvəli" adlı sənəd alqışlanılır və təqdir olunur. BMT Təhlükəsizlik Şurasının 853 saylı qətnaməsinin mandatı əsasında tərtib olunan bu sənəd Ermənistan qoşunlarının Azərbaycanın işğal olunmuş ərazilərindən mərhələli şəkildə və konkret vaxt qrafiki əsasında çıxarılmasını nəzərdə tutur. -0-