Həmsədrlər "kreativ ideyalar" təqdim ediblər - Məmmədyarov
Bakı/18.01.18/Turan: ATƏT-in Minsk Qrupunun həmsədrləri fevralın əvvəllərində yanvarın 18-da Azərbaycan və Ermənistan XİN başçıları ilə müzakirə olunan məsələlərin müzakirəsini davam etdirmək məqsədilə regiona səfər edəcəklər. Bu barədə Azərbaycan XİN başçısı Elmar Məmmədyarov bildirib.
Onun sözlərinə görə, danışıqlar 6 saata yaxın davam edib. Əvvəlcə Məmmədyarov ATƏT MQ həmsədrləri və ATƏT-in hazırki sədrinin şəxsi nümayəndəsi ilə görüşüb. Daha sonra həmsədrlərin iştirakı ilə Azərbaycan nazirinin Ermənistan XİN başçısı Edvard Nalbandyanla görüşü keçirilib.
Bunun ardınca nazirlər təkbətək görüşüb.
Sonda Məmmədyarov yenidən vasitəçilərlə görüşüb.
" Görüş əsnasında həmsədrlər tərəfindən münaqişənin həlli ilə əlaqədar bir sıra kreativ fikirlər irəli sürülüb ", deyə Azərbaycan XİN-in press-relizində Məmmədyarovun sözlərindən sitat gətirilir.
Onun fikrincə, "prinsip etibarilə görüşlər pozitiv şəkildə keçib".
Məmmədyarovun sözlərinə görə, təqdim edilmiş ideyalar əsasında müzakirələrin davam etdirilməsi üçün həmsədrlər fevralın əvvəllərində regiona səfər edəcəklər.
" Ümumi yanaşma ondan ibarətdir ki, münaqişənin həllində irəliləyiş əldə etmək və regionda sülh və sabitliyi təmin etmək üçün daha intensiv, substantiv və məntiqli danışıqlar davam etdirilməlidir", deyə Məmmədyarov bildirib. -06D-
Siyasət
-
Azərbaycanın müdafiə naziri Zakir Həsənov Türkiyə Silahlı Qüvvələrinin Quru Qoşunlarının komandanı Səlcuq Bayraktaroğlunun rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb.
-
Azərbaycan Xalq Cəbhəsi Partiyasının yerli fəalı İmran Qurbanov Naxçıvan Muxtar Respublikasının Şərur rayonunda saxlanılıb. Bu barədə Turan-a Azərbaycan Xalq Cəbhəsi Partiyası Naxçıvan regional sədri Yaşar Bağırsoy bildirib.
-
Mayın 21-də Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov və İranın xarici işlər naziri vəzifəsini icra edə Əli Bağeri Kani telefonla danışıblar.
-
Mayın 21-də Səbail Rayon Məhkəməsi "Kanal 13" İnternet televiziyasının rəhbəri Əziz Orucovun və bu media strukturunun əməkdaşı Şamo Eminovun ilkin həbs müddətini daha 1 ay uzadıb. Bu barədə Turan-a jurnalistlərin yaxınları bildiriblər.
Rəy yaz