Demokratiya indeksinə görə, Azərbaycan �avtoritar� ölkədir

Bakı/31.01.18/Turan: Son bir ildə qlobal miqyasda demokratiyada ciddi geriləmə baş verib. "Economist Intelligence Unit" bunu yanvarın 31-də açıqladığı illik Demokratiya İndeksində bildirir.

Bu indeks 2017-ci ildə 165 müstəqil ölkə və iki ərazidə demokratiyanın durumunu öyrənib. 2010-cu ilin maliyyə və iqtisadi böhranından bəri ən pis göstəricinin qeydə alındığı bildirilir.

2016-cı illə müqayisədə ötən il heç bir regionda yaxşılaşma olmayıb.

Dünya əhalisinin 5 faizdən də azının "tam demokratiya" şəraitində yaşadığı bildirilir.

Bunun əsas səbəblərindən biri media azadlıqları sahəsində enmə və azad sözə məhdudiyyətlər göstərilir. Bu da hökumət repressiyası sonucunda baş verib. Builki Demokratiya İndeksində media azadlığına xüsusi diqqət ayrılır, yeni Media Azadlığı İndeksi də təqdim olunur.

Norveç, İslandiya, İsveç, Yeni Zelandiya və Danimarka tam demokratiyalar sayılıb.

Azərbaycan 148-ci yerdə "avtoritar ölkə" kateqoriyasında qərarlaşıb. Qonşulardan Gürcüstan (79) və Ermənistan (111) hibrid rejimlər sırasındadır. Rusiya (135) avtoritar ölkə sayılıb. Bu kateqoriyada Qazaxıstan, Belarus, Əfqanıstan, İran, Özbəkistan, Tacikistan, Türkmənistan da var.

Media Azadlığı İndeksinə gəlincə, Azərbaycan (154), Rusiya (139) qeyri-azad, Gürcüstan (49) qismən azad, Ermənistan (109) əsasən qeyri-azad sayılıb.

Azərbaycan hakimiyyəti hələlik bu indeksi şərh etməyib, ancaq əminliklə demək olar ki, bu nəticə Azərbaycana dost olmayanların və erməni lobbisinin işi adlandırılacaq.

Ancaq ənənəvi olaraq, hakimiyyət Azərbaycanda demokratik ənənələrin bərqərar olması yönündə intensiv iş getdiyini, təməl insan hüquq və azadlıqlarının tam təmin olunduğunu bildirir. Prezident İlham Əliyev noyabrın 24-də "Şərq Tərəfdaşlığı" sammitinin plenar sessiyasında deyib: "Biz demokratiyanın inkişafı, insan haqlarının qorunmasına böyük önəm veririk və buna ciddi şəkildə sadiqik".-06D-

Rəy yaz

Siyasət

Quru sərhədləri, narkotacirlər, parkinq qiymətləri... - Natiq Cəfərli Çətin sualda



InvestPro Azerbaijan Baku & Turkiye Istanbul 2024 – two conferences in one shot


Əziz Bakı şəhəri sakini!

Siz də Qlobal İqlim Dəyişmələri ilə mübarizəyə öz töhfənizi verə bilərsiniz

Dear resident of Baku city!

You too can contribute to the fight against Global Climate Change

Дорогой житель города Баку!

Вы тоже можете внести свой вклад в борьбу с глобальным изменением климата

Bizi sosial şəbəkələrdə izləyin

Xəbər lenti