Мирвари Гахраманлы
�Açıq Cəmiyyət� Platforması Mirvari Qəhrəmanlının müdafiəsinə qalxıb
Bakı/01.10.18Turan: "Açıq Cəmiyyət" Platforması "Salyan Oil LTD" Şirkətinin Nefçilərin Hüquqlarını Müdafiə İctimai Birliyinə qarşı iddiasını pisləyib.
Bu ictimai təşkilatın bəyanatında QHT-nin öz fəaliyyətinə görə təqib edilməsinin prezident İlham Əliyevin "Açıq hökumət" islahatları ilə bağlı yürütdüyü siyasətə zidd olduğu bildirilir.
Bəyanatda həmçinin qeyd olunur ki, Nefçilərin Hüquqlarını Müdafiə İctimai Birliyi uzun illərdir ki, hasilat sənayesində əmək və insan hüquqlarının qorunması ilə peşəkar səviyyədə məşğul olur. Odur ki, "Salyan Oil LTD" şirkətinin bu QHT-yə qarşı məhkəmə iddiası tənqidi fikirlərin susdurulmasına cəhd kimi dəyərləndirilə bilər.
Xatırladaq ki, "Salyan Oil LTD" şirkəti keçmiş əməkdaşları Zəkayət Abdullayeva və Mehparə Əliyevanı, həmçinin onları müdafiə edən Nefçilərin Hüquqlarını Müdafiə İctimai Birliyini məhkəməyə verib.
İşdən çıxarılan qadınlar özləri məhkəməyə müraciət etdikdən sonra QHT onlara bu məsələdə yardım edib.-05D06-
Cəmiyyət
-
Azərbaycan Minatəmizləmə Agentliyinin əməkdaşı xidməti vəzifəsini yerinə yetirərkən xəsarət alıb. Hadisə aprelin 27-də Şuşa rayonunun Qeybalı kəndi ərazisində baş verib.
-
Aprelin 28-də Bakıda və Abşeron yarımadasında havanın yağıntısız olacağı gözlənilir. Mülayim cənub küləyi əsəcək. Havanın temperaturu gecə müsbət 14+18, gündüz müsbət 26+31 dərəcə olacaq, Azərbaycan Ekologiya və Təbii Sərvətlər Nazirliyi Milli Hidrometeorologiya Xidməti bildirib.
-
Aprelin 27-də Bakıda və Abşeron yarımadasında hava şəraiti yağmursuz keçəcək. Səhər və axşam bəzi yerlərdə duman olacaq. Cənub-şərq küləyi əsəcək.
-
Azercell-in BİQ layihəsinin Biznesin Davamlılığı testi Ələt Azad İqtisadi Zonasında həyata keçirildi Ölkənin lider mobil operatoru Azercell-in BİQ - Böhran İdarəetmə Qrupu layihəsinin Ələt Azad İqtisadi Zonasında real vaxt rejimdə Biznesin Davamlılığı testi həyata keçirildi. İlk dəfə baş tutan testdə Azercell ilə yanaşı layihənin digər tərəfdaşları – Azərkosmos, Aztelekom və Baktelekom şirkətlərinin əməkdaşları da iştirak etdilər. Sözügedən ərazidə rabitənin tamamilə kəsilməsi simulyasiya edilərək böhran vəziyyəti yaradıldı. Böhran təlimi zamanı regionlardan olan texniki qrupların hadisə yerinə çatması və rabitənin bərpa edilməsi istiqamətində işlərə başlanıldı. İlk olaraq qruplar ərazidə 2 mobil Baza Stansiyası quraşdıraraq məhdud sayda abunəçiyə milli peykin imkanlarından istifadə edərək 2G xidməti təqdim etdilər. Növbəti mərhələdə yüksək sürətli internet, 3G və 4G şəbəkəsi bərpa edildi və ərazi 100 meqabit Wi-Fi xidməti ilə təmin olundu. Qeyd edək ki, öncəki testlərlə müqayisədə bu simulyasiya testində bərpa vaxtı 2 qat azaldıldı. Bütün bərpa işləri isə regionlardan olan və Azercell tərəfindən xüsusi texniki təlimlər görmüş qruplar tərəfindən icra olundu.
Rəy yaz