Мамед Ибрагим
Məhkəmə Məmməd İbrahimovu həbsdə saxlayıb
Bakı/05.10.18/Turan: Cümə axşamı Bakı Apellyasiya Məhkəməsi Azərbaycan Xalq Cəbhəsi Partiyası (AXCP) sədrinin müşaviri Məmməd İbrahimin həbsindən verilmiş şikayəti təmin etməyib.
Xatırladaq ki, Məmməd İbrahim 2015-ci il sentyabrın 30-da həbs edilib və xuliqanlıq ittihamı ilə 3 il müddətinə azadlıqdan məhrum edilib. O, hüquq müdafiəçiləri tərəfindən siyasi məhbus kimi tanınıb.
Bir neçə gün əvvəl, həbs cəzasının başa çatmasına bir gün qalmış ona qarşı qadağan edilmiş əşyaların (bıçaq) qanunsuz saxlanması ittihamı irəli sürülüb, bu maddə ilə o, 6 aya qədər azadlıqdan məhrum edilə bilər.
Sentyabrın 28-də Yasamal rayon məhkəməsi İbrahim barəsində 2 ay müddətinə həbs qətimkan tədbiri seçib.
Vəkil Cavad Cavadovun Turan-a verdiyi məlumata görə, İbrahim Apellyasiya Məhkəməsində təhqiqatda iştirak edib və deyib ki, yeni ittiham da əvvəlkilər kimi tamamilə uydurmadır. Onun saxladığı iddia olunan bıçağın onunla heç bir əlaqəsi yoxdur.
Müdafiə tərəfi həbs qərarından Strasburq Məhkəməsinə şikayət hazırlamağı planlaşdırır. Bundan başqa, vəkil qətimkan tədbirinin ev dustaqlığı ilə əvəz edilməsi barədə vəsatət hazırlayacaq.
Məhkəmə binası qarşısında İbrahimin bir qrup tərəfdarı yığışıb. AXCP lideri Əli Kərimli bildirib ki, İbrahimə qarşı yeni ittiham irəli sürülməsi hakimiyyətin repressiyanı davam etdirmək niyyətini göstərir.
"Gəncə hadisələri göstərdi ki, hakimiyyət siyasətlə əlaqəsi olmayan insanlara qarşı da amansız repressiyalar həyata keçirir. Gəncədə 70-dən çox insan həbs edilib, 6 nəfər öldürülüb", deyə Kərimli bildirib. Onun fikrincə, repressiyaları yalnız kütləvi vətəndaş fəallığı ilə dayandırmaq olar. -03B06-
Cəmiyyət
-
Bazar günü, aprelin 21-də Bakıda və Abşeron yarımadasında hava şəraitinin əsasən yağmursuz keçəcəyi gözlənilir. Gecə və səhər bəzi yerlərdə zəif duman olacaq. Mülayim cənub küləyi əsəcək. Havanın temperaturu gecə 13-18° isti, gündüz 23-28° isti olacaq. Bu barədə Milli Hidrometeorologiya Departamenti məlumat yayıb
-
Tədbir zamanı media nümayəndələrinin suallarını cavablandıran Dr. Klaus Müller azad olunmuş ərazilərdə qısa müddət ərzində şəbəkə infrastrukturunun yaradılması, ən müasir səs texnologiyası olan VoLTE xidmətinin təqdim edilməsi və Xankəndi şəhərində ilk mobil rabitə mağazasının Bakcell tərəfindən istifadəyə verilməsini bildirib.
-
Aprelin 16-da Bakıda Semka ləqəbi ilə məşhur olan tiktoker Samir Ramazanov saxlanılıb, bu barədə DİN-in mətbuat xidməti məlumat yayıb. Məhkəmənin qərarı ilə S.Ramazanov inzibati qaydada 30 gün müddətinə həbs olunub. Bir gün əvvəl 9 yaşlı tiktoker Adəmin atası Sadiq Mirzəyev də 30 gün müddətinə həbs olunub. Onlar Azərbaycanın Ağcabədi rayonunun sakinləridir.
-
Azercell və UFAZ növbəti əməkdaşlığa imza atır “Azercell Telekom” MMC-nin dəstəyi və Azərbaycan-Fransız Universitetinin təşkilatçılığı ilə həyata keçən “Techcell” hakatonunun qeydiyyatına start verildi. Azərbaycanın bütün ali təhsil müəssisələrində oxuyan tələbələri əhatə edən bu hakatonda iştirakçılar informasiya texnologiyaları, kibertəhlükəsizlik və mobil şəbəkə sahələrinə aid real tapşırıqlar üzərində işləyəcəklər.
Rəy yaz