Nardaran. amerikaninsesi.org. Sentyabr 11, 2017
Nardaranda yeni həbslər
Bakı/08.10.18/Turan: Son yarım ayda 10 Nardaran (Bakıdan 30 km məsafədə yerləşən şəhərətrafı qəsəbə) sakini sakini saxlanılıb, bu barədə qəsəbədəki mənbələr məlumat verib. Onlardan ikisi cinayət məsuliyyətinə cəlb edilib, digərləri inzibati qaydada həbs edilib.
Mənbənin məlumatına görə, həbslər sentyabrın 20-də keçirilən Aşura mərasimi ilə əlaqədar aparılıb, həmin gün qəsəbəyə əlavə polis qüvvələri cəlb edilib.
Polis Nardaran məscidinə girişi məhdudlaşdırıb, bu, dindarların narazılığına səbəb olub. Yerli ağsaqqallardan biri - Hatəm Cəlilov polislərin əməllərini pisləyib.
Bir neçə gün sonra o və daha bir yerli sakin Fəxrəddin Alxasov qanunsuz silah saxlamağa görə həbs ediliblər.
DİN-in 25 sentyabr üçün kriminal xronikasında deyilir ki, Sabunçu rayon 42-ci polis bölməsinin əməkdaşları Cəlilovun bağından torpağa basdırılmış, lüləsi və qundağı kəsilmiş "İJ-12" markalı ov tüfəngi, 2 ədəd də patron tapıb. F.Əlxasovun həyətindən isə lüləsi və qundağı kəsilmiş "TOZ-8" markalı tüfəng çıxıb.
Sosial şəbəkələrdə yayılmış istintaq videolarına hər ikisi silahı çoxdan tapdıqlarını və "səhlənkarlıq" edərək, polisə təhvil vermədiklərini bildiriblər. Hər ikisi 2 ilə qədər islah işləri və ya 3 ilə qədər azadlıqdan məhrumetmə cəzasına məhkum edilə bilər. Doğmalarının sözlərinə görə, həbs edilən şəxsləri təzyiq altında etirafedici ifadələr verməyə məcbur ediblər.
* Nardaranda 2015-ci il noyabrın 26-da "Müsəlman Birliyi" hərəkətatının lideri, ilahiyyatçı Taleh Bağırov və onun tərəfdarlarından ibarət qrupun həbsi ilə nəticələnən əməliyyat keçirilib. Sonrakı günlərdə Nardaranda və bütün ölkədə onlarla dindar həbs edilib, onlar müxtəlif müddətli azadlıqdan məhrumetmə cəzalarına məhkum ediliblər.
Həmin vaxtdan etibarən Nardaranda faktiki olaraq fövqəladə vəziyyət davam edir, vaxtaşırı polis reydləri və yerli sakinlərin əsasən qanunsuz silah saxlama ittihamı ilə həbsləri həyata keçirilir. -06D-
-
- İqtisadiyyat
- 8 Oktyabr 2018 16:03
Cəmiyyət
-
Ölkənin ən böyük özəl telekommunikasiya şirkəti olan Bakcell yeni brend kimliyini elan etdi. Bakcell-in Baş İcraçı Direktoru Klaus Müller 25 aprel 2024-cü il tarixində Bakı Konqres Mərkəzində keçirilən mətbuat konfransında bu xəbərləri jurnalistlərlə bölüşdü.
-
"Hazırda quru sərhədlərin müəyyən dövrdə bağlı qalmasından sonra Azərbaycanda təhlükəsizliyin gücləndiyini görürük. Əvvəlki vaxtlarda bir çox hallar müşahidə olunub. Onların bəziləri ictimaiyyətə açıqlanıb, bəziləri isə açıqlanmayıb". Bu sözləri prezident İlham Əliyev aprelin 23-də ADA Universitetində təşkil olunan "COP29 və Azərbaycan üçün Yaşıl Baxış" mövzusunda beynəlxalq forumda çıxışında deyib.
-
Azərbaycanda məişət təyinatı olmayan kəsici-deşici alətlərin satışı və gəzdirilməsinin ictimai təhlükəsizliyə aşkar təhdid yaratması nəzərə alınaraq, onların satışının qarşısının alınması istiqamətində polis əməkdaşları tərəfindən silsilə tədbirlər görülür. Bu barədə Daxili İşlər Nazirliyinin mətbuat xidməti bildirib.
-
Dünən Bakıda qəza enişi etmiş “Air France" aviaşirkətinin təyyarəsinin sərnişinləri bu gün, aprelin 25-də səhər saatlarında başqa təyyarə ilə Parisə yola salınıb.
Rəy yaz