Bir hakimə töhmət, 4 hakiə xitam qərarı verilib
Bakı/09.10.18/Turan: Məhkəmə-Hüquq Şurasının fəaliyyəti dövründə 230-dan çox hakim barədə intizam icraatının başlanılıb, qanun pozuntusu və digər neqativ hallara görə 100-dən çox hakim məhkəmə sistemindən xaric olunub. Bu barədə ədliyyə naziri oktyabrın 9-da Məhkəmə-Hüquq Şurasının iclasında bildirib.
İclasda hakimlər barədə intizam icraatlarına da baxılıb. Qanunvericiliyin kobud pozulmasına, korrupsiyaya şərait yaradan hallara yol verilməsinə görə Bakı şəhərinin Qaradağ rayon məhkəməsinin hakimi Rəşad Məmmədova töhmət verilib.
Səbail rayon məhkəməsinin hakimi Nurəddin Bağırov tutduğu vəzifədən azad olunub.
Zaqatala rayon məhkəməsinin hakimi Arif İsmayılovun hakimlik səlahiyyətlərinə vaxtından əvvəl xitam verilib, bununla yanaşı, 4 hakimin də səlahiyyətlərinə digər qanuni əsaslarla xitam verilib.
Bununla yanaşı, konkret korrupsiya faktı üzrə araşdırma materialları hüquqi qiymət verilməsi məqsədilə Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinə göndərilib. -05D-
-
- Böyük Şərq
- 9 Oktyabr 2018 15:56
-
- Siyasət
- 9 Oktyabr 2018 17:07
Cəmiyyət
-
Bakıda Dövlət Yol Polisinin mobil patrulları taksi sürücülərini müvafiq icazələr əsasında işə cəlb etmək və taksidə yeni iş qaydalarını izah etmək üçün reydlər keçirirlər. Reydlərdə Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (AYNA) iştirak edir, - Bakı Şəhər Dövlət Yol Polisi İdarəsi bildirir. Eyni reydlər Sumqayıt şəhərində də müşahidə olunub.
-
Uzun illərdir Xəzər dənizinin səviyyəsinin azalması həm hidroloqların, həm də geniş ictimaiyyətin ciddi narahatlığına səbəb olub. Azərbaycanda dəniz səthinin xeyli azalması Sumqayıtda və Bakı Dəniz Bulvarı boyunca dənizin dayazlaşması ilə özünü büruzə verirdi. Lakin son vaxtlar hava şəraiti yeni ümidlər yaradıb.
-
Bazar günü, mayın 19-da Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Mülayim cənub-qərb küləyi əsəcək. Havanın temperaturunun gecə 10-13 dərəcə, gündüz 16-20 dərəcə isti olacağı ehtimal edilir, xəbəri Milli Hidrometeorologiya Xidməti yayıb.
-
Mayın 17-də gün ərzində Azərbaycanda kiber üsullarla ən az 22 halda bank kartlarından abunəçilərə məxsus pullar oğurlanıb.
Rəy yaz