Astarada narkokuryerlər saxlanılıb

Bakı/09.10.18/Turan: İran-Azərbaycan sərhədində Astara rayonunda Azərbaycan Dövlət Sərhəd Xidmətinin əməkdaşları sərhədi pozan İran vətəndaşı Şahbazi Əkbər Dilavər saxlayıb. Axtarış zamanın onun üzərindən 1,2 kq heroin, 700 qram həşiş, 200 ədəd psixotrop "preqabalin" həbi və 15 paket "meprotan" həbi aşkar edilib. Bu barədə Dövlət Sərhəd Xidmətinin məlumatında deyilir.

Bundan başqa, İran vətəndaşından narkotik maddələri almalı olan Azərbaycan vətəndaşları Rövşən Əkbərov, Xəyalə Vəliyeva və Pərviz Məmmədov saxlanılıb.

Faktla bağlı istintaq aparılır. -02D-

Rəy yaz

Cəmiyyət

Taksi sayı azaldılır, bəs köhnə taksiçilər nə ilə dolanacaqlar? – Rauf Ağamirzəyev Çətin sualda



Bizi sosial şəbəkələrdə izləyin

Xəbər lenti