Yağış sürüşməni fəallaşdıra bilər

Bakı/17.10.18/Turan: Badamdar qəsəbəsində sürüşmə zonasında gərginlik davam edir, güclü yağışı isə sürüşmə və uçqunları sürətləndirə bilər. Bu barədə Ekologiya Nazirliyinin Geoloji Kəşfiyyat Xidmətinin nümayəndəsi Əziz Qaralov bildirib.

"Ümumilikdə gərginlik davam edir. Yağış sürüşmənin intensivləşməsinə təsir edə bilər. Hazırda hər-hansı geoloji araşdırma işləri qeyri-mümkündür. Yalnız proses tamamilə sabitləşdikdən sonra hər-hansı rəy vermək olar", deyə Qaralov çərşənbə günü səhər bildirib.

Onun sözlərinə görə, ilk iş olaraq kanalizasiya xətti qaydaya salınmalıdır. Çünki indi proses sabitləşsə də, 3-5 il sonra problem təkrarlanacaq.

Xatırladaq ki, sürüşmə oktyabrın 10-da "20-ci Sahə" və Badamdar qəsəbəsi arasındakı ərazidə başlayaraq, dağ yamacında yüz metrlərlə ərazisi əhatə edib. 11 evin sakini təxliyə edilib. Ərazidə qaz, su və elektrik enerjisi verilməsi dayandırılıb.

Mütəxəssislər hesab edirlər ki, sürüşmənin fəallaşmasına qanunsuz intizamsın tikinti və kanalizasiyanın olmaması səbəb olub. -05B06-

Rəy yaz

Cəmiyyət

İran Prezidentinin də həlak olduğu helikopter qəzasına görə məsuliyyəti kim daşıyır? – Sədrəddin Soltan Çətin sualda



Bizi sosial şəbəkələrdə izləyin

Xəbər lenti