Daha bir siyasi məhbusa cəza müddətinin sonuna yaxın yeni ittiham irəli sürülüb

Bakı/22.10.18/Turan: Hakimiyyət çox pis təmayülün əsasını qoyub - həbs müddəti başa çatan siyasi məhbuslara yeni ittihamlar irəli sürür və onları yenidən həbsxanaya göndərir. Bu barədə Turan agentliyinə Siyasi Məhbusları Müdafiə Mərkəzinin əlaqələndiricisi Oqtay Gülalıyev bildirib.

Onun sözlərinə görə, 11 illik həbsdən sonra həbsxanada qanunsuz narkotik saxlamaq ittihamı irəli sürülmüş sabiq səhiyyə naziri Əli İnsanova əlavə olaraq 7 il azadlıqdan məhrumetmə cəzası veriblər. Xalq Cəbhəsi Partiyasının fəalı Məmməd İbrahim də bu yaxınlarda eyni tale ilə üzləşib. "Təəssüf ki, bu bədnam təcrübəyə son qoyulmayıb", deyə hüquq müdafiəçisi bildirib.

Sentyabrın sonlarında dini fəal Telman Şirəliyevə qarşı yeni iş açılıb. O, 2012-ci il oktyabrın 5-də Təhsil Nazirliyinin binası qarşısında etiraz aksiyasında iştirak etdikdən sonra 6 il müddətinə azadlıqdan məhrum edilib. Azad edilməsinə bir həftə qalmış onun yastığının altından şiş "aşkarlayıblar" və 317-2.1-ci (cəzaçəkmə müəssisəsində və ya istintaq təcridxanasında qadağan edilmiş əşyaların hazırlanması, saxlanması, gəzdirilməsi) maddə ilə ittiham irəli sürüblər.

Hüquq müdafiəçisinin fikrincə, yeni ittihamın əsl səbəbi Şirəliyevin əfv xahişini mzalamaqdan imtina etməsidir. Gülalıyev hesab edir ki, bununla hakimiyyət vətəndaşlarda qorxu yaradır.

"Ama bu cür əməllərlə onlar yalnız özlərinə qarşı nifrəti qızışdırır", Gülalıyev belə hesab edir. -05С06-

Rəy yaz

Cəmiyyət

Quru sərhədləri, narkotacirlər, parkinq qiymətləri... - Natiq Cəfərli Çətin sualda



InvestPro Azerbaijan Baku & Turkiye Istanbul 2024 – two conferences in one shot


Əziz Bakı şəhəri sakini!

Siz də Qlobal İqlim Dəyişmələri ilə mübarizəyə öz töhfənizi verə bilərsiniz

Dear resident of Baku city!

You too can contribute to the fight against Global Climate Change

Дорогой житель города Баку!

Вы тоже можете внести свой вклад в борьбу с глобальным изменением климата

Bizi sosial şəbəkələrdə izləyin

Xəbər lenti