İnsan Alverinə qarşı Mübarizə Günü qeyd edilir

Bakı/18.10.18/Turan: Avropa İttifaqı (Aİ) və Beynəlxalq Miqrasiya Təşkilatının (BMqT) Azərbaycandakı nümayəndəlikləri "Avropa İttifaqının İnsan Alverinə Qarşı Mübarizə" gününə həsr olunmuş tədbir keçiriblər.

Bu ilki tədbirin məqsədi insan alveri və onun fəsadları barəsində ictimaiyyəti məlumatlandırmaq, insan alverinin aradan qaldırılmasına yönəlmiş Aİ strategiyası, eləcə də bu sahədə beynəlxalq hüquqi əməkdaşlıq, norma və konsepsiyalara dair məlumatlılığın artırılmasıdır.

Tədbirdə Aİ-nin Azərbaycandakı nümayəndəliyinin rəhbəri Kestutis Jankauskas, Daxili İşlər Nazirliyinin İnsan Alverinə qarşı Mübarizə Baş İdarəsinin rəisi Heydər Heydərov və BMqT-nin Azərbaycandakı nümayəndəliyinin rəhbəri Serhan Aktoprak çıxış edib.

Panel müzakirələri insan alveri qurbanlarının kompensasiya hüquqlarının təmin edilməsində yaranan çətinliklər; Avropa İnsan Hüquqları Məhkəməsinin həssas vəziyyətdə olan şəxslərin və miqrantların fundamental hüquqlarının qorunmasına dair qabaqcıl təcrübəsi və müvafiq presedent hüququ; insan alverinə qarşı mübarizə sahəsində Azərbaycanın beynəlxalq əməkdaşlığı kimi mövzularını əhatə edib. İştirakçılar həmçinin, insan alverinə qarşı mübarizə mövzusuna həsr olunmuş qısa sənədli filmə baxıblar.

Tədbir, Avropa İttifaqı və Beynəlxalq Miqrasiya Təşkilatının İnkişaf Fondunun müştərək maliyyə dəstəyi ilə BMqT-nin həyata keçirdiyi "Azərbaycanda insan alverinə qarşı mübarizə üzrə milli potensialların artırılması" layihəsi çərçivəsində təşkil edilib. -0-

Rəy yaz

Siyasət

Beynəlxalq Mətbuat Azadlığı günü: Azərbaycanda azad media varmı? – Xalid Ağəliyev Çətin sualda



Bizi sosial şəbəkələrdə izləyin

Xəbər lenti