Azərbaycan və Türkmənistan XİN-ləri arasında əməkdaşlıq proqramı imzalanıb

Bakı/18.10.18/Turan: Cümə axşamı Bakıda Azərbaycan və Türkmənistan XİN-ləri arasında 2019-2020-ci illərdə əməkdaşlıq proqramı imzalanıb.

XİN mətbuat xidmətinin məlumatında deyilir ki, sənəd iki ölkənin xarici işlər nazirləri Elmar Məmmədyarov və Rəşid Meredov arasında məsləhətləşmələrin yekunlarına əsasən imzalanıb.

Həmsöhbətlər iki ölkənin dövlət strukturlarının və logistika, sənaye və mədəni-humanitar istiqamətdə işgüzar dairələrin fəaliyyətinin koordinasiyasını müzakirə ediblər.02D-

Rəy yaz

Siyasət

Beynəlxalq Mətbuat Azadlığı günü: Azərbaycanda azad media varmı? – Xalid Ağəliyev Çətin sualda



Bizi sosial şəbəkələrdə izləyin

Xəbər lenti