Metropoliten Operanın �Samson və Delila� tamaşasını təqdim edir

Metropoliten Operanın �Samson və Delila� tamaşasını təqdim edir

Bakı/29.11.18/Turan: 28 noyabr tarixində, Metropoliten Operanın Fransa bəstəkarı, Kamil Sen Sansın məşhur "Samson və Delila" operası Park Cinema Fleym Tauersdə (Alov Qüllələri) ekranda numaiş olunub. Bu tamaşa MET-in (Metropolitan Operanın) 2018-2019-cu illər mövsümünün "HD ilə canlı" (Live in HD) proqramını Azərbaycanda açıq elan edir.

Nyu York şəhərində yerləşən Metropoliten Opera tamaşalarının dünya üzrə kino ekranlarında nümayişi ənənəsi 2006-cı ildən başlayıb, layihədə 70 ölkə iştirak edib. Bu il 2200-dən çox teatr layihəyə qatılıb. MET-in peşəkar tamaşaları hər yerdə yeni tamaşaçılara təqdim olunur.

Məşhur opera çox sayda ölkələrdə numayiş olunur. MET-in təsirli "Samson və Delila" tamaşası dünyada məşhur opera ulduzlarının iştirakı ilə qurulub: Elina Qarança - Delila, Robero Alaniya -Samson və Azərbəycanlı Elçin Əzizov - Abimeleç rollarinda çıxış edirlər. Nümayiş Park Cinema şəbəkəsi və Sıx əlaqələr Sənət Assosasiyasının (Cool Connections Art Association) və Bakıdakı ABŞ Səfirliyinin dəstəyi ilə təqdim olunur. Bu barədə ABŞ səfirliyi xəbər verir.--0--

Rəy yaz

Mədəniyyət

Taksi sayı azaldılır, bəs köhnə taksiçilər nə ilə dolanacaqlar? – Rauf Ağamirzəyev Çətin sualda



Bizi sosial şəbəkələrdə izləyin

Xəbər lenti