Yeni hüquq-müdafiə təşkilatı - �Siyasi məhbuslara azadlıq!� İttifaqı
Bakı/02.11.18/Turan: Azərbaycanda yeni hüquq-müdafiə təşkilatı yaradılıb- "Siyasi məhbuslara azadlıq!" İttifaqı. Bu barədə yeni qurumdan Turan-a daxil olan məlumatda deyilir.
Sənəddə xatırladılır ki, Azərbaycanda siyasi məhbuslarla bağlı AŞPA-nin 2013-ci ilin yanvar sessiyasının uğursuz qətnaməsindən sonra ölkədə hüquq müdafiəçilərinə, jurnalistlərə, ictimai-siyasi fəallara qarşı kütləvi təqib, təzyiq, həbslər və repressiyalar başlayıb.
"Hazırda vətəndaş cəmiyyətinin, geyri-hökumət təşkilatlarının, KİV-ın azad və müstəqil fəaliyyətinə heç bir şərait yoxdur. Siyasi məhbuslarn sayı artmaqda davam edir", -sənəddə deyilir.
Əgər bu gün Belarusda 2, 147 milyonluq Rusiyada 195 siyasi məhbus varsa, Azərbaycanda 150 siyasi məhbus var.
"Siyasi Məhbuslara Azadlıq!" İttifaqının əsas məramlarından biri beynəlxalq ictimaiyyəti Azərbaycanda siyasi məhbusların (hər biri haqda ətraflı və əsaslı məlumatları əks etdirməklə) vəziyyəti və davam etməkdə olan repressiyalar barədə geniş şəkildə məlumatlandırmaqdır", - Siyasi Məhbusların Monitorinqi Mərkəzinin rəhbəri Elşən Həsənov Turan-a bildirib.
Qurum aparıcı beynəlxalq təşkilatları məlumatlandırmaq, Avropa Şurasında siyasi məhbuslarla bağlı vəziyyət haqda dinləmələr təşkil etmək, Avropa İttifaqının İnsan Hüquqları üzrə Komitəsini (Human Rights Division, European External Action Service - EEAS və d.) Azərbaycandakı siyasi məhbuslar barədə məlumatlandırmaq niyyətindədir .
Bundan əlavə, Azərbaycandakı siyasi məhbusların azadlığı naminə AŞPA və Avropa Parlamentində "dəstək qruplarının" təşkilinə nail olmaq niyyətindədir.
E.Həsənovdan başqa yeni qurumun təsisçiləri sırasında Leyla Yunus (Sülh və Demokratiya İnstitutunun direktoru), Elşən Həsənov (Siyasi Məhbusların Monitorinq Mərkəzinin sədri); Eldəniz Quliyev (Azərbaycan Ziyalilar Birliyinin sədri), Hilal Məmmədov ("Tolışi Sədo" qəzetinin baş redaktoru) var .-06D-
-
- İqtisadiyyat
- 2 Noyabr 2018 14:13
-
- İqtisadiyyat
- 2 Noyabr 2018 15:06
Cəmiyyət
-
Aprelin 27-də Bakıda və Abşeron yarımadasında hava şəraiti yağmursuz keçəcək. Səhər və axşam bəzi yerlərdə duman olacaq. Cənub-şərq küləyi əsəcək.
-
Azercell-in BİQ layihəsinin Biznesin Davamlılığı testi Ələt Azad İqtisadi Zonasında həyata keçirildi Ölkənin lider mobil operatoru Azercell-in BİQ - Böhran İdarəetmə Qrupu layihəsinin Ələt Azad İqtisadi Zonasında real vaxt rejimdə Biznesin Davamlılığı testi həyata keçirildi. İlk dəfə baş tutan testdə Azercell ilə yanaşı layihənin digər tərəfdaşları – Azərkosmos, Aztelekom və Baktelekom şirkətlərinin əməkdaşları da iştirak etdilər. Sözügedən ərazidə rabitənin tamamilə kəsilməsi simulyasiya edilərək böhran vəziyyəti yaradıldı. Böhran təlimi zamanı regionlardan olan texniki qrupların hadisə yerinə çatması və rabitənin bərpa edilməsi istiqamətində işlərə başlanıldı. İlk olaraq qruplar ərazidə 2 mobil Baza Stansiyası quraşdıraraq məhdud sayda abunəçiyə milli peykin imkanlarından istifadə edərək 2G xidməti təqdim etdilər. Növbəti mərhələdə yüksək sürətli internet, 3G və 4G şəbəkəsi bərpa edildi və ərazi 100 meqabit Wi-Fi xidməti ilə təmin olundu. Qeyd edək ki, öncəki testlərlə müqayisədə bu simulyasiya testində bərpa vaxtı 2 qat azaldıldı. Bütün bərpa işləri isə regionlardan olan və Azercell tərəfindən xüsusi texniki təlimlər görmüş qruplar tərəfindən icra olundu.
-
Gürcüstanın hakim "Gürcü Arzusu" partiyasının ötən il etirazlar səbəbi ilə geri çəkdiyi "Xarici agentlər haqqında" qanun layihəsini bu il "Xarici təsirin şəffaflığı haqqında" adı ilə yenidən parlamentə təqdim etməsi Tbilisidə kütləvi etirazları yenidən alovlandırıb.
-
Azercell-in ev sahibliyi etdiyi “M360 Eurasia 2024” tədbirinə qeydiyyat davam edir Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin dəstəyi və “Azercell Telekom” MMC-nin baş sponsorluğu ilə 15-16 may tarixlərində Bakıda keçiriləcək “GSMA M360 Eurasia 2024” konfransında rəqəmsal dövrün ən aktual tendensiyaları ətrafında fikir mübadiləsi aparılacaq.
Rəy yaz