Qarabağ Komitəsi dekabrın 15-nə mitinq təyin edib

Bakı/28.11.18/Turan: Qarabağ Komitəsi dekabrın 15-nə mitinq təyin edib. Bu barədə Komitənin bu gün yaydığı məlumatda bildirilir. Mitinq saat 14:00-da "İnşaatçılar" metro stansiyasının yaxınlığındakı "Məhsul" stadionunda keçiriləcək.

Mitinqin əsas şüarları "Qarabağa azadlıq!", "İşğala son!" olacaq.

Komitə mitinqlə bağlı Bakı Şəhər İcra Hakimiyyətinə xəbərdarlıq məktubu göndərəcək.

Komitə bundan öncə sentyabrın 29-da "Qarabağa azadlıq!" şüarı ilə mitinq keçirib. Qurum noyabrın 24-nə planlaşdırılan növbəti aksiyasını isə Bakı Şəhər İcra Hakimiyyəti ilə razılaşdıra bilməyib.

Qarabağ Komitəsi bu ilin yayında 17 ictimai təşkilatın iştirakı ilə yaradılb: Klassik Xalq Cəbhəsi Partiyası, Mili Hərəkat, Vətəndaş Həmrəyliyi, İslam, Milli Demokratik Hərəkat partiyaları və s.

Rəy yaz

Cəmiyyət

Taksi sayı azaldılır, bəs köhnə taksiçilər nə ilə dolanacaqlar? – Rauf Ağamirzəyev Çətin sualda



Bizi sosial şəbəkələrdə izləyin

Xəbər lenti