Basta.info-nun redaktoruna qarşı cinayət ittihamı irəli sürülüb
Bakı/30.11.18/Turan: Bastainfo.com saytının baş redaktoru Mustafa Hacıbəyli bu gün şahid qismində keçdiyi cinayət işi ilə əlaqədar Bakı Şəhər Prokurorluğuna çağırılıb. Lakin bu gün o, təqsirləndirilən şəxs statusuna keçirilib. Xüsusən, ona qarşı CM-in 281.2 (dövlət əleyhinə çağırışlar), 309.2 (vəzifə səlahiyyətlərini aşma) və 313-cü (vəzifə saxtakarlığı) maddələri ilə ittiham irəli sürülüb.
"İttihama əsasən, guya mən dövlət əleyhinə çağırışlar etmişəm, ictimaiyyəti qəsdən yanıltmışam və yalan məlumatlar yaymışam", deyə Hacıbəyli Turan-ın müxbiri ilə söhbətində bildirib.
Redaktor barəsində polis nəzarətinə verilmə qətimkan tədbiri seçilib. Həftədə iki dəfə o, yaşayış yeri üzrə sahə polisinə gedib qeyd edilməlidir. Hacıbəyli bütün ittihamları təkzib edib, yaxın günlərdə işin məhkəməyə göndəriləcəyini qeyd edib.
Elə bu gün criminalaz.com saytının redaktoru Anar Məmmədova qarşı bənzər ittihamlar irəli sürülüb. Onun barəsində də polis nzəarətinə verilmə qətimkan tədbiri seçilib.
Mustafa Hacıbəyli Azərbaycanın görkəmli müxalif jurnalistlərindən biridir. O, 20 ildən çox müxtəlif Azərbaycan KİV-lərində işləyib. O, həmçinin Müsavat partiyasının sədri Arif Hacılının qardaşıdır.
Xatırladaq ki, iyulun 9-da Baş Prokurorluq Gəncə icra başçısı Elmar Vəliyevə qarşı sui-qəsd və demək olar ki, bütün Azərbaycanın enerji təchizatından məhrum olmasına səbəb olmuş Mingəçevirdə enerji böhranı ilə əlaqədar İnternet-resurslarda "yalan məlumatların" və "qanunsuz çağırışların" yayılması haqqında cinayət işi açıb.
Bundan sonra prokurorluq bastainfo.com, criminalaz.com, topxeber.az və fia.az saytlarının bloklanması üçün Rabitə Nazirliyinə müraciət edib. -05B06-
-
- Cəmiyyət
- 30 Noyabr 2018 17:48
Cəmiyyət
-
Tədbir zamanı media nümayəndələrinin suallarını cavablandıran Dr. Klaus Müller azad olunmuş ərazilərdə qısa müddət ərzində şəbəkə infrastrukturunun yaradılması, ən müasir səs texnologiyası olan VoLTE xidmətinin təqdim edilməsi və Xankəndi şəhərində ilk mobil rabitə mağazasının Bakcell tərəfindən istifadəyə verilməsini bildirib.
-
Aprelin 16-da Bakıda Semka ləqəbi ilə məşhur olan tiktoker Samir Ramazanov saxlanılıb, bu barədə DİN-in mətbuat xidməti məlumat yayıb. Məhkəmənin qərarı ilə S.Ramazanov inzibati qaydada 30 gün müddətinə həbs olunub. Bir gün əvvəl 9 yaşlı tiktoker Adəmin atası Sadiq Mirzəyev də 30 gün müddətinə həbs olunub. Onlar Azərbaycanın Ağcabədi rayonunun sakinləridir.
-
Azercell və UFAZ növbəti əməkdaşlığa imza atır “Azercell Telekom” MMC-nin dəstəyi və Azərbaycan-Fransız Universitetinin təşkilatçılığı ilə həyata keçən “Techcell” hakatonunun qeydiyyatına start verildi. Azərbaycanın bütün ali təhsil müəssisələrində oxuyan tələbələri əhatə edən bu hakatonda iştirakçılar informasiya texnologiyaları, kibertəhlükəsizlik və mobil şəbəkə sahələrinə aid real tapşırıqlar üzərində işləyəcəklər.
-
Rusiya sülhməramlılarının Azərbaycan ərazilərindən çıxmağa başladığı bildirilir. Bu barədə məlumatı həm Rusiya, həm də Azərbaycan rəsmiləri təsdiqləyib. Rusiya sülhməramlılarının Qarabağda qalma müddəti gələn ilin sonlarında başa çatırdı. İndi Azərbaycanda bəzi təhlilçilər ehtimal edir ki, Rusiya vaxtından əvvəl hərbi kontingentini çəksə də, bölgədə iqtisadı varlığını daha da artırmaq istəyə bilər. Azərbaycanın 2014-cü ildə yaradılan Avrasiya İqtisadi Birliyinə (AİB) üzvlük məsələsi gündəmə gətirilə bilərmi? (AİB-ə Ermənistan, Belarus, Qazaxıstan, Qırğızıstan və Rusiya daxildir)
Rəy yaz