Вахид Ахмедов

Вахид Ахмедов

Bakı/10.11.18/Turan: Son vaxtlar ərzaq məhsullarının bahalaşması əsassızdır, bu barədə Turan-ın müxbiri ilə söhbətində Parlamentin İqtisadi siyasət komitəsinin üzvü Vahid Əhmədov bildirib.

O, Azərbaycanın ticari tərəfdaşı olan ölkələrdə milli valyutaların kəskin şəkildə ucuzlaşmasına diqqət çəkib, buna görə oradan idxal olunan mallar bahalaşmamalıdır.

Əhmədov hesab edir ki, qiymətlər ayrı-ayrı sahibkarların spekulyativ, qeyri-formal sövdələşmələri nəticəsində süni olaraq qaldırılır.

Bununla belə, toyuq əti və yumurta qiymətlərinin artmasına şərait yaradan səbəblər arasında Nazirlər Kabinetinin hər 1000 toyuq və yumurta üçün 100 manat ölçüsündə əlavə rüsum tətbiq edilməsi haqqında qərarı var.

Rəqabət haqqında məcəllənin olmaması da qiymətlərə təsir edir. Prezident İlham Əliyevin təsdiq etdiyi iqtisadi islahatların "yol xəritəsində" bu məcəllənin qəbulu nəzərdə tutulur.

Ümumilikdə, qiymətlər atmamalıdır, belə ki, vergilər artırılmayıb, əksinə, gələcəkdə onlar azaldılacaq. Bu zaman Rusiya, İran və Türkiyənin milli valyutalarının devalvasiyası ilə əlaqədar idxal ucuzlaşır. -05D06-

Rəy yaz

Siyasət

Taksi sayı azaldılır, bəs köhnə taksiçilər nə ilə dolanacaqlar? – Rauf Ağamirzəyev Çətin sualda



Bizi sosial şəbəkələrdə izləyin

Xəbər lenti