RF XİN Bakının Saakyanın Moskvaya səfəri ilə bağlı iradlarını qəbul etməyib
Bakı/30.11.18/Turan: Bako Saakyanın Rusiyaya səfəri şəxsi xarakter daşıyırdı, bu, nə Rusiya qanunvericiliyinə, nə hər hansı beynəlxalq razılaşmalara zidd deyil, bu barədə cümə günü RF XİN-in rəsmi nümayəndəsi Mariya Zaxarova bildirib.
"Bilirsiniz ki, bu səfərə yalnız şəxsi səfər kimi baxmaq olar, onun statusu göz önündədir. Və o, məhz bu şəkildə, şəxsi səfər qismində nə Rusiya qanunvericiliyinə, nə mövcud beynəlxalq razılaşmalara, nə Rusiyanın Dağlıq Qarabağ nizamlanmasında vasitəçilik missiyasına zidd deyil", deyə "İnterfaks" Zaxarovadan sitat gətirir.
"Buna görə Azərbaycan tərəfin bu yaxınlarda bəyanatda Rusiya tərəfə bildirdiyi iradlar bizim nöqteyi-nəzərimizdən əsassızdır", deyə Zaxarova qeyd edib.
Xatırladaq ki, Azərbaycan XİN RF hakimiyyətini Qarabağ separatçılarının Moskvaya səfərinə görə qınayaraq, bunun Qarabağ münaqişəsinin nizamlanmasında vasitəçi kimi Rusiyanın öhdəliklərinə zidd olduğunu, habelə ikitərəfli münasibətlərə ziyan vurduğunu bildirib.
Bakı Bako Saakyanın səfər etdiyi Parisə və Vaşinqtona da eyni iradları bildirib. -02D-
-
- Böyük Şərq
- 30 Noyabr 2018 13:40
-
- Cəmiyyət
- 30 Noyabr 2018 14:32
Siyasət
-
Mayın 10-da dövlət başçısı Şuşaya gəlib, burada tikinti və bərpa işləri ilə tanış olub. Əliyev birinci yaşayış kompleksinin açılışında iştirak edib və şəhərə köçmüş ilk sakinlərlə söhbət edib.
-
Mayın 10-da Almatıda Qazaxıstan XİN-in vasitəçiliyi ilə Azərbaycan və Ermənistan XİN başçılarının görüşü başlayıb.
-
Bu gün Bakı Apellyasiya Məhkəməsi "Abzas Media-nın işi" üzrə qaçaqmalçılıqda ittiham olunan jurnalist Elnarə Qasımovanın ev dustaqlığına buraxılmasından imtina ilə bağlı şikayəti təmin etməyib.
-
Mayın 10-da ABŞ-ın Azərbaycandakı səfiri Mark Libbi bu yaxınlarda ev dustaqlığına buraxılan doktor Qubad İbadoğlu ilə görüşüb.
Rəy yaz