психолог Азад Исазаде
Ekspert: �Uşaqlar arasında intihar halları İnternetdə zərərli informasiyanın təsiri altında da baş verə bilər�
Bakı/24.12.18/Turan: "Aşağı yaşlı uşaqların intihar etməsi dünyada nadir hadisələrdəndir",- psixoloq Azad İsazadə Zaqatalada 8 yaşlı uşağın intihar etməsini Turan agentliyinə şərh edərkən deyib. Onun sözlərinə görə, intihara bir neçə amil səbəb ola bilər. "Bu, həm valideynlər, həm uşaqla valideynlər, həm də uşaqla yaşıdları arasında münaqişələr səbəbindən ola bilər", - psixoloq deyib.
Alimlər intiharın "cavanlaşdığını" bildirirlər.
"İntihar həddi" artıq yeniyetməlik dövrülə başlamır, daha aşağı hədlərə keçir.
Faciə həm də kommunikasiya -texnologiya vasitələrinin təsiri nəticəsində də baş verə bilər. Ona görə də uşaqları onlara lazım olmayan informasiyalara çıxışdan qorumaq lazımdır. Uşaq öz dünyasını yaşamalı, yəni, oynamalı, oxumalı, qidalanmalıdır.
Ekspertin fikrincə, ölkədə intiharların baş verməsinin səbəbləri, buna gətirən amillər, risk qruplarının müəyyən edilməsi üzrə sistemli iş yoxdur.
Dekabrın 22-də Zaqatala rayonunda 8 yaşlı uşaq intihar edib. İntiharın səbəbləri hələlik məlum deyil. Rayon Prokurorluğunda CM-nin 125-ci (özünü öldürmə həddinə çatdırma) maddəsi ilə cinayət işi açılıb. -06D--
-
- İqtisadiyyat
- 24 Dekabr 2018 12:06
-
- Söz istəyirəm
- 24 Dekabr 2018 12:12
Cəmiyyət
-
"Qanunvericiliyə əsasən, bu ilin noyabrında parlament seçkiləri olmalıdır, ancaq seçkilərin müddəti önə də çəkilə bilər". Bunu mayın 2-də Mərkəzi Seçki Komissiyasının (MSK) iclasında qurumun sədri Məzahir Pənahov bildirib.
-
Bakıda yaşıllıqların məhv edilməsi ictimaiyyətin narahatlığına səbəb olub, belə ki, bütün şəhər ərazisində bir neçə parkda tikinti işlərinin aparıldığı müşahidə olunub və sosial şəbəkələrdə işlərin gedişatını əks etdirən fotoşəkillər yayılıb. Maraqlıdır ki, Nərimanov rayonunda, “Dostluq” kinoteatrının yaxınlığındakı şəhidlər parkında sakinlər ağacların kəsildiyini və yüksək binaların tikintisi üçün ərazilərin hasara alındığını bildirirlər.
-
Çərşənbə axşamı Bakıda və Abşeron yarımadasında yağış yağacağı, bəzi yerlərdə intensiv xarakterli olacağı, şimşək çaxacağı gözlənilir. Şimal-qərb küləyi əsəcək.
-
Mayın 6-da Bakıda və Abşeronda buludlu hava şəraitinin üstünlük təşkil edəcəyi gözlənilir. Axşam və gecə saatlarında yağış yağacağı, şimşək çaxacağı. Şimal-qərb küləyi əsəcək.
Rəy yaz