Mehman Hüseynovun işinə Avropa Məhkəməsində prioritet baxılması istənilir
Bakı/30.12.18/Turan: Siyasi Məhbusların Vahid Siyahısı üzrə İşçi Qrup hesab edir ki, həbsdəki bloqqer Mehman Hüseynovun işi kimiməsələlərə Avropa İnsan hüquqları Məhkəməsində (AİHM)prioritet qaydada və ölkədaxili müdafiə vasitələri tükəndirilmədən baxılması məsələsi müzakirəyə çıxarılmalıdır.
Bu haqda İşçi Qrupun bu gün, dekabrın 29-da yaydığı açıqlamada vurğulanır. Açıqlama bloqqer Mehman Hüseynova həbsdə yeni cinayət işinin açılması ilə bağlıdır.
İşçi Qrup M.Hüseynova yenidən cinayət işi açılmasını qınayıb.
"Yeni cinayət təqibinin arxasında siyasi motivlər dayanması şübhəsizdir. M.Hüseynova açılmış cinayət işi hökumətin tənqidçilərinə həbslərlə cavab vermək siyasətindən geri çəkilmək niyyətində olmadığının, ifadə azadlığını saya salmadığının növbəti təzühürüdür".
Açıqlamada o da vurğulanır ki, M.Hüseynov həbsdən buraxılmasına az qalmış qurama ittihamla şərlənən yeganə şəxs deyil.
"Hökumət öz tənqidçilərini, siyasi opponentlərini sıradan çıxarmaq, başqalarının gözünü qorxutmaq üçün vaxtaşırı bu iyrənc metoddan istifadə edir", yazılan sənəddə bundan əvvəl jurnalist Eynulla Fətullayevin, AXCP sədrinin müavini Məmməd İbrahimin, keçmiş səhiyyə naziri Əli İnsanovun, habelə hicab məhbusu kimi tanınan bir neçə nəfərin də həbsdən çıxamalarına az qalmış qurama ittihamlarla şərləndiyi vurğulanır.
İşçi Qrup hesab edir ki, Avropa Birliyi, Avropa Şurası, ATƏT, BMT və digər beynəlxalq birliklər Azərbaycanda insan hüquqlarının durumunu təcili müzakirəyə çıxarmalı, üzərinə götürdüyü öhdəlikləri yerinə yetirməsinin vacibliyini daha sərt şəkildə hökumətindən tələb etməlidir.
Siyasi Məhbusların Vahid Siyahısı üzrə İşçi Qrupda əsasən, hüquq müdafiəçiləri, jurnalistlər, hüquqşunaslar təmsil olunurlar. Qrupu keçmiş məhbuslar təsis ediblər.
Bu mürciətə, hələlik, Azərbaycan hökuməti və AİHM təmsilçilərindən münasibət almaq mümkün olmayıb. Amma Azərbaycan rəsmiləri ölkədə insanların tənqidi mövqeyi, siyasi, peşə fəaliyyətinə görə, təqiblərə məruz qalması haqqında deyilənləri qəbul etmirlər.Azərbaycan rəsmiləri tez-tez bəyan edirlər ki, ölkədə bütün fundamental hüquqlar qorunur.Üstəlik, onlar ölkədə siyasi məhbusların olması fikrini də qəbul etmirlər. Onlar deyirlər ki, siyasi məhbus sayılan şəxslər tərətdikləri əmələ görə, məsuliyyətə cəlb ediliblər. Hərçənd, hüquq müdafiəçiləri ölkədə təqribən 150 civarında siyasi məhbusun olduğunu bildirirlər.-06в--
Cəmiyyət
-
Fövqəladə Hallar Nazirliyindən verilən məlumata görə, çərşənbə günü saat 23:25-də Azadlıq prospektində yerləşən gül mağazasında güclü yanğın baş verməsi barədə məlumat daxil olub.
-
Bu il noyabrın 11-də Bakıda keçiriləcək BMT iqlim konfransına (COP29) görə, parlament seçkilərinin irəli çəkilməsi ilə bağlı müzakirələr davam edir. Mərkəzi Seçki Komissiyasının (MSK) sədri Məzahir Pənahov son həftələr bir neçə dəfə deyib ki, payızda keçirilməsi gözlənən parlament seçkiləri beynəlxalq tədbir ilə bağlı daha əvvələ çəkilə bilər.
-
Birinci Qarabağ Müharibəsi əzabkeşi, şəxsiyyəti bu yaxınlarda müəyyən edilmiş Sabir İslam oğlu Mustafayev Bakının Suraxanı rayonunun Əmircan qəsəbəsindəki Şəhidlər Xiyabanında dəfn edilib.
-
Mayın 16-da Bakıda və Abşeronda hava dəyişkən olacaq, günün birinci yarısında yağış yağacaq, şimşək çaxacaq. Şimal-qərb küləyi əsəcək.
Rəy yaz