- İqtisadiyyat
- 12 Dekabr 2018, 16:34
- 42
Xəzər Universitəsində çayçılığın inkişafı ilə bağlı konfrans
11 dekabr 2018-ci il tarixində Xəzər Universitəsində ənənəvi "Elm və Sənət Məclisi"nin 68-ci məşğələsi keçirildi. Məşğələni giriş sözü ilə Xəzər Universitəsinin təsisçisi, Direktorlar və Qəyyumlar Şurasının sədri, prof. Hamlet İsaxanlı açaraq məruzəçi alim, Beynəlxalq Qafqaz və Azərbaycan Çay Assosiasiyaları İctimai Birliyinin prezidenti, Azərbaycan Milli Elmlər Akademiyasının Lənkəran Bölməsinin rəhbəri, aqrar elmləri doktoru, prof. Fərman Quliyevin həyat və yaradılıcılığı haqqəında geniş məlumat verdi. Sonra məruzəçi Azərbaycanda çay və sitrus plantasiyalarının salınmasından, çayçılığın və sitrus bitkilərinin inkişafı ilə dövlət proqramlarının qəbul edilməsi haqqında ətraflı məlumat verdi. Məşğələ iştirakçılarının diqqətinə çatdırıldı ki, ölkəmizə çay bitkisi XIX əsrin əvvəllərində gətirilib. 1929-cu ildən elmi əsaslarla becərilməsinə, sənaye miqyaslı plantasiyaların salınmasına isə 1932-ci ildən başlanıldığı bildirildi,
Məruzə ətrafında müzakirələrdə İradə Xəlilova, Əlövsət Əmirbəyli, Rövşən Abbasov, Elsevər İbadov, Cavid Ocağı (Xəzər Universitəsi), Abbas İsmayılov, Zaur Həsənov ( Azərbaycan Dövlət Aqrar Universiteti, Gəncə ), Əli Şamilov (AMEA-nın Folklor İstitututu), Nemət Məmmədli, İsmixan Yusubov ( Bakı Dövlət Universiteti) və digərləri çıxış etdilər. Sonda prof. Hamlet İsaxanlı maraqlı məruzə üçün prof. Fərman Quliyevə dərin təşəkkürünü bildirdi və ona universitənin hədiyyəsini təqdim etdi. Xatirə şəkilləri çəkildi.--0--
İqtisadiyyat
-
AİB-in Mərkəzi və Qərbi Asiya üzrə baş direktoru Yevgeni Jukovun sözlərinə görə, Asiya İnkişaf Bankı (AİB) dekarbonizasiya və infrastrukturun modernləşdirilməsinə xüsusi diqqət yetirməklə, Azərbaycanın nəqliyyat sektorunda iştirakını genişləndirməyə hazırdır.
-
Azərbaycanın milli aviadaşıyıcısı olan “Azərbaycan Hava Yolları” (AZAL) hazırda dünyanın 60 istiqamətini əhatə edən yay uçuş proqramını xeyli genişləndirib. Bu əlamətdar hadisə aviaşirkətin strateji inkişaf təşəbbüslərini əks etdirən əvvəlki illərlə müqayisədə nəzərəçarpacaq artımı göstərir.
-
Bu ilin aprel ayında Bakı Metropoliteni 20,51 milyon sərnişin daşıyıb. Bu, ötən ilin müvafiq dövrü ilə müqayisədə 7,6% çoxdur. Ayın 20 iş günü ərzində xidmətdən 15,69 milyondan çox sərnişin istifadə edib ki, bu da orta hesabla gündəlik 784 573 reys, ən işlək gündə isə 810 689 sərnişin təşkil edib.
-
Azərbaycan Mərkəzi Bankı (AMB) maliyyə sektorunda yeni tendensiyaları müzakirə etmək üçün yerli bank rəhbərləri ilə əsas iclas keçirib. Mərkəzi Bankın sədri Taleh Kazımov “X” sosial platformasında bu ilin birinci rübünün yekunlarına həsr olunmuş bu görüş barədə danışıb. Birinci rübün yekunlarına baxışın keçirildiyi müzakirələrdə makroiqtisadi amillərə və banklararası bazardakı tendensiyalara da toxunulub. Kazımovun məlumatı bununla bitir.
Rəy yaz