Avropa Şurası Azərbaycanda nəzarətçilərin saynın üç dəfə artdığını qeyd edir
Bakı/04.12.18/Turan: Azərbaycanda hər 100 min nəfərə 249 məhkum düşür. Bu barədə Avropa Şurasının dekabrın 4-də dərc edilmiş "Avropada həbsxanalar" adlı hesabatında bildirilir.
Araşdırmada 2005-ci ildən 2015-ci ilədək dövr müqayisə olunur. 2005-2015-ci illərdə Avropada əhali sayına düşən məhkum sayı sabit qalıb. 2005-ci ildə şərqdən qərbə doğru getdikcə göstəricilər azalmağa başlayıb.
Amma istisnalar da var. Məsələn, İngiltərə, Uels, İspaniya və Portuqaliyada məhkumların sayı çoxdur, Xorvatiya, Yunanıstan, Sloveniya və Türkiyədə azdır.
2015-ci ildə Azərbaycanda 100 min adama 249,3 məhkum düşüb. Gürcüstanda hər 100 min nəfərə 274, Ermənistanda 129, Rusiyada 440 məhbus düşür.
2005-ci illə müqayisədə 2014/15-ci illərdə Azərbaycanda bəzi göstəricilər üzrə azalma müşahidə olunub. Belə ki, cəzaçəkmə müəssisələrinə girənlər 24%, 10 min məhkuma düşən ölüm halları 38%, intihar halları 70% azalıb.
Ancaq məhkumların ümumi sayında 23%, həbsxanalardakı sıxlıqda 25%, qadın məhkumların sayında 83%, əcnəbi məhkumların sayında 12% artım olub.
Nəzarətçilərin sayı 298%, həbsxana administrasiyasının saxlanmaı xərcləri 11% artıb.-06D-
-
- Cəmiyyət
- 4 Dekabr 2018 17:26
Siyasət
-
"Əlbəttə, bu, Azərbaycan üçün nailiyyətdir, ancaq bu, Ermənistan üçün də böyük nailiyyətdir", bu sözləri jurnalistlərə Ermənistanın baş naziri Nikol Paşinyan Tavuş və Qazax arasında sərhədin demarkasiyası haqqında sazişi şərh edərkən bildirib.
-
Aprelin 20-də Quru Qoşunlarının qərargahında müdafiə naziri general-polkovnik Zakir Həsənovun rəhbərliyi ilə xidməti müşavirə keçirilib. Müşavirədə müdafiə nazirinin müavini – Quru Qoşunların komandanı general-leytenant Hikmət Mirzəyev, Quru Qoşunlarının idarə və xidmət rəisləri, birlik, birləşmə komandirləri iştirak ediblər.
-
"Azad edilmiş ərazilərdə tarix və mədəniyyət abidələrinin qorunması" təşkilatının sədri Faiq İsmayılov Turan-ın müxbiri ilə söhbətində Avropanın Caucasus Heritage Watch təşkilatına istinadla Şuşadakı erməni kilsəsinin "yer üzündən silindiyini" iddia edən Ermənistan KİV-lərinin iddialarını təkzib edib.
-
Avropa Şurasında Azərbaycan nümayəndə heyətinin AŞPA-ya qayıtması müzakirə olunur. Bu məsələ Avropa Şurası Nazirlər Komitəsində qaldırılıb.
Rəy yaz