Prezident İlham Əliyev və Nikol Paşinyan əsirlərin �hamını hamıya� prinsipi üzrə dəyişdirilməsinin mümkünlüyünü müzakirə ediblər
Bakı/07.12.18/Turan: Sankt-Peterburqda MDB ölkələri başçılarının qeyri-rəsmi sammiti çərçivəsində prezident İlham Əliyev və Ermənistanın baş naziri vəzifəsini icra edən Nikol Paşinyanın görüşü olub. Görüş zamanı Qarabağ münaqişəsinin nizamlanması və atəşkəs rejiminin möhkəmləndirilməsi müzakirə olunub Bu barədə Prezident Administrasiyasının xarici əlaqələr şöbəsinin rəhbəri Hikmət Hacıyev AzərTAC Dövlət Agentliyinə müsahibəsində bildirib.
"Son dövrlərdə qoşunların təmas xətti və dövlət sərhədi boyunca nisbi sakitlik mövcuddur. Bu da münaqişənin həlli üzrə substantiv və intensiv danışıqların aparılması üçün yaxşı fon yaradır. Bu, əsla münaqişənin dondurulması və ya qəbuledilməz olan status-kvonun saxlanması anlamına gəlməməlidir", - H.Hacıyev bildirib.
Həmçinin əsirlərin dəyişdirilməsi məsələsinə toxunulub. İ.Əliyev deyib ki, "hamının hamıya" prinsipi əsasında dəyişdirmə tam olmalı və o cümlədən Dilqəm Əsgərov və Şahbaz Quliyev onların arasında yer almalıdır.
Onun fikrincə, belə dəyişmə danışıqlar prosesinə müsbət təsir göstərə bilər.
İki ölkə arasında operativ əlaqənin saxlanmasına gəlincə, H.Hacıyev deyib ki, Düşənbədə iki ölkə lideri arasında razılıq əldə edilmişdi ki, zəruri hallarda əlaqə yaratmaq üçün imkanlar təmin edilsin. Lakin bu əlaqələr XİN və ya Müdafiə Nazirliyi səviyyəsində deyil. "Bu əlaqələr aşağı səviyyədə həyata keçirilir", - H.Hacıyev vurğulayıb, ancaq söhbətin hansı səviyyədən getdiyini açıqlamayıb.-02D-
-
- İqtisadiyyat
- 7 Dekabr 2018 15:24
-
- Siyasət
- 7 Dekabr 2018 17:02
Siyasət
-
Bu gün vəkil Elmar Süleymanov 1 saylı Bakı İstintaq Təcridxanasında Seçkilərin Monitorinqi və Demokratiyanın Tədrisi Mərkəzinin rəhbəri Anar Məmmədli ilə görüşüb.
-
1 May - Beynəlxalq Əmək Günündə işçi haqları fəalları işçilərlə həmrəy olduqlarını nümayiş etdirmək üçün Bakının Mərkəzi Parkında yerləşən körpüyə "Sahib olduğunuz sərvət işçilərdən oğurluqdur" bannerini asıblar.
-
Mayın 1-də Azərbaycan prezidenti İlham Əliyev İraq Respublikası parlamentinin sədri Möhsin Əli Əkbər Əl-Mandalavini qəbul edib.
-
Bakı Şəhər İcra hakimiyyəti Demokratik Qüvvələrin Milli Şurasının mayın 5-də etiraz aksiyası keçirmək barədə müraciətinə yenidən imtina cavabı verib. Bu barədə Turan-a Demokratik Qüvvələrin Milli Şurasının rəhbəri Cəmil Həsənli bildirib.
Rəy yaz