Tamerlan Qarayev

Tamerlan Qarayev

Bakı/13.11.18/Turan: Azərbaycanın İndoneziya, eyni zamanda Filippin, Timor-Leste Demokratik Respublikası, Sinqapurdakı fövqəladə və səlahiyyətli səfiri Tamerlan Qarayev geri çağırılıb.

Prezident İlham Əliyev dekabrın 13-də bununla bağlı sərəncam verib.

Sərəncama əsasən, T.Qarayev həmçinin Cənub-Şərqi Asiya Dövlətləri Assosiasiyası (ASEAN) yanında Azərbaycanın daimi nümayəndəsi vəzifələrindən də geri çağırılıb.

Ölkə başçısının digər sərəncamı ilə T.Qarayev Azərbaycanın Litva Respublikasında fövqəladə və səlahiyyətli səfiri təyin edilib.

T.Qarayev 1990-1991-ci illərdə Azərbaycan Xalq Cəbhəsi Məclisinin sədri olub. 1991-1993-cü illərdə Ali Sovet sədrinin I müavini olan T.Qarayev 1993-2001-ci illərdə Çində, 2004-2011-ci illərdə isə Hindistanda Azərbaycanın fövqəladə və səlahiyyətli səfiri işləyib.--0--

Rəy yaz

Siyasət

Beynəlxalq Mətbuat Azadlığı günü: Azərbaycanda azad media varmı? – Xalid Ağəliyev Çətin sualda



Bizi sosial şəbəkələrdə izləyin

Xəbər lenti