Sergey Lavrov:  �Rusiya Azərbaycanla beynəlxalq arenada əməkdaşlığı qiymətləndirir�

Bakı/13.12.18/Turan: Rusiya Dağlıq Qarabağ münaqişəsinin nizamlanması ilə bağlı Bakı və Yerevan arasında birbaşa dialoqa yardım göstərilməsini davam etdirmək istəyir. Bu barədə RF XİN rəhbəri Sergey Lavrov dekabrın 13-də Bakıda prezident İlham Əliyevlə görüşündə bildirib.

Dekabrın 14-də Bakıda keçiriləcək Qara dəniz İqtisadi Əməkdaşlıq Təşkilatı ölkələri XİN rəhbərlərinin görüşünə toxunan S.Lavrov Azərbaycann altı ay ərzində QİƏT-də uğurlu sədrliyini qeyd edib.

O, RF prezidenti Vladimir Putinin salamını çatdırıb, Rusiya XİN-in saytında dərc olunan məlumatda deyilir.

S.Lavrov həmçinin iki ölkənin iqtisadiyyat nazirlərinin rəhbərlik etdiyi iqtisadi əməkdaşlıq üzrə hökumətlərarası komissiyanın dekabrın 14-də keçiriləcək iclasına toxunub.

Onun fikrincə, iclas dövlət başçılarının razılaşdırdığı istiqamətlər üzrə gələcək irəliləyişə xidmət edəcək - ticarətin sadələşdirilməsi, büdcə və vergi sahəsinin rəqəmsallaşdırılması, nəqliyyat əməkdaşlığı, birgə istehsalatın yaradılması, Rusiya və Azərbaycan reğionları arasında əməkdaşlıq daxil olmaqla, müxtəlif sahələrdə humanitar əlaqələr.

"Biz Azərbaycanla beynəlxalq arenada - BMT, Avropa Şurasında qarşılıqlı əməkdaşlığı qiymətləndiririk. Hazırda təşkilatın nizamnaməsinin əsas müddəalarına yenidən baxılmasına cəhdlər edilir ki, burada AŞ üzvü olan bütün ölkələrin bu təşkilatın bütün strukturlarında bərabər hüququna zəmanət verilir. ATƏT-də də bərabər çalışırıq", - S.Lavrov vurğulayıb.

Qarabağ münaqişəsinə toxunan S.Lavrov qeyd edib ki, Rusiya Dağlıq Qarabağ münaqişəsinin nizamlanması ilə bağlı Bakı və Yerevan arasında birbaşa dialoqa yardım göstərilməsini davam etdirmək istəyir. "Mən bilirəm ki, sizin Ermənistanın baş naziri ilə, mənim həmkarım və dostum, Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarovun isə xarici işlər nazirinin vəzifəsini icra edən Z.Q.Mnatsakanyanla əlaqələri olub. Bu gün biz sizin qarşıda irəliləyişi necə görməyinizlə bağlı fikirlərinizi dinləməyə hazırıq. İstəyirik ki, bu nizamlanma ədalətli və qarşılıqlı məqbul əsaslarla olsun. Rusiya öz milli keyfiyyəti ilə, Rusiya, ABŞ, Fransa üçlüyünün iştirakçısı və ATƏT-in Minsk Qrupunun həmsədri kimi münaqişənin nizamlanmasına nail olmaqdan ötrü yardım göstərmək üçün hər şeyi edəcək", - S.Lavrov vurğulayıb.-06D--

Rəy yaz

Siyasət

Beynəlxalq Mətbuat Azadlığı günü: Azərbaycanda azad media varmı? – Xalid Ağəliyev Çətin sualda



Bizi sosial şəbəkələrdə izləyin

Xəbər lenti