Ermənistan 5 rayonu azad etməkdən imtina edib və Azərbaycandan qaz kəməri çəkəcək - Aleksandr Lukaşenko

Bakı/14.12.18/Turan: Belarus prezidenti Aleksandr Lukaşenko bu gün Rusiya KİV-lərinin nümayəndələri ilə görüşdə Rusiya və Belarusun Qarabağ münaqişəsinin həlli ilə bağlı təkliflərindən danışıb. Beləliklə, o, mərhələli həll nəzərdə tutan Rusiya planının mövcudluğunu təsdiq edib.

BELTA agentliyinin məlumatına görə, Lukaşenko deyib ki, Serj Sarkisyanın prezidentliyi dövründə bu məsələ Yerevanda KTMT sammiylərindən birində müzakirə olunub.

Belarus və Rusiya birgə mövqe tutaraq, zərurət olarsa, zəmanəti təmin etmək üçün hərbi kontingent göndərməyi vəd ediblər.

"Biz Putinlə birgə mövqe tutduq: Serj, bu 5 rayonu ver. Onları qaytarmamaq nə səbəb var, axı onlar boşdur. O deyir: qaytarsam, onlar orada yol çəkəcəklər, Qarabağı işğal edəcəklər və s. Və biz Putinlə dürüstlüklə söz verdik ki, öz qoşunlarımızı yeridəcəyik, buna imkan verməyəcəyik. O dedi: yox, biz bu addımı atmayacağıq, bunu istəmirik", deyə Lukaşenko bildirib.

Belarus liderinin sözlərinə görə, bu, onun üçün təəccübverici idi: "Niyə istəmirlər? 5 rayon boşdur. Bu, birinci addımdır. Onda Azərbaycan da, Ermənistanda həm KTMT-də, həm Aİİ-də olardı. Bu, Aərbaycanın bu təşkilatlara daxil olmasına imkan verən şərt idi.

Daha sonra Lukaşenko nizamlanma üçün daha bir təklifdən: Azərbaycandan Ermənistandan keçən qaz kəmərinin çəkilməsindən danışıb.

Onda Azərbaycan prezidenti Lukaşenkoya Ermənistan prezidenti ilə Ermənistandan qaz kəməri çəkilməsi haqqında danışmağı təklif edib. Belarus liderinin sözlərinə görə, Azərbaycan Ermənistana investisya etməyə də hazır idi.

"Və mən Serj Azatoviçin yanına getdim və bunu çatdırdım. Bundan da imtina etdilər", deyə Lukaşenko bildirib. -02D-

Rəy yaz

Siyasət

Quru sərhədləri, narkotacirlər, parkinq qiymətləri... - Natiq Cəfərli Çətin sualda



InvestPro Azerbaijan Baku & Turkiye Istanbul 2024 – two conferences in one shot


Əziz Bakı şəhəri sakini!

Siz də Qlobal İqlim Dəyişmələri ilə mübarizəyə öz töhfənizi verə bilərsiniz

Dear resident of Baku city!

You too can contribute to the fight against Global Climate Change

Дорогой житель города Баку!

Вы тоже можете внести свой вклад в борьбу с глобальным изменением климата

Bizi sosial şəbəkələrdə izləyin

Xəbər lenti