Ölkə əhalisi tibbi müayinədən keçiriləcək
Bakı/02.02.18/Turan: Azərbaycan prezidentinin göstərişilə bu il fevralın 12-dən mayın 12-dək ölkə əhalisi tibbi müayinədən keçiriləcək. Bununla əlaqədar səhiyyə nazirinin müavini Nigar Əliyeva sərəncam imzalayıb.
Azərbaycan əhalisinin tibbi müayinələrdən keçirilməsi barədə sərəncam respublikanın şəhər və rayonlarının tibb idarə və müəssisələrinin rəhbərlərinə əhalinin tibbi müayinələrdən keçirilməsinin icrasını şəxsi nəzarətə götürməsini nəzərdə tutur.
Sənədə görə, xəstəlik aşkar edilmiş şəxslər yerlərdə, zərurət yarandığı hallarda isə Bakıda və bölgələrdəki ixtisaslaşdırılmış tibb müəssisələrində əlavə müayinə və müalicəyə cəlb olunmalıdır. Habelə, digər sağlamlaşdırıcı tədbirlərin həyata keçirilməsi nəzərdə tutulur.
Sərəncama əsasən, ölkə əhəmiyyətli tibb müəssisələrinin rəhbərlərinə tapşırılıb ki, fevralın 12-dən mayın 12-dək mütəxəssislərdən ibarət qrupların müntəzəm olaraq regionlara ezam olunmasını təşkil etsinlər.-0-
Cəmiyyət
-
Son günlər yağışlar nəticəsində Bakının Binəqədi rayonunun bəzi ərazilərində, Abşeron rayonunda müəyyən yerlərdə evləri su basıb. Sakinlər şikayətlənir ki, bu hal illərdir baş verir. Biləcəri qəsəbəsində yaşayan Mahir Məmmədov AzadlıqRadiosuna bildirib ki, üç gün əvvəl, mayın 6-da yağan leysandan sonra evinə su dolub: "Bizdə həyət evidir. Yağış yağıb, evim su içindədir, mebellərimə də ziyan dəyib. Bu vəziyyət illərdir davam edir. Şikayət etmədiyimiz qurum qalmadı. Hər dəfə deyirlər ki, nasoslar çatdırmır, düzələcək, amma düzəlmir".
-
9 may Qələbə bayramı münasibətilə Azərbaycanda prezidentin sərəncamı ilə İkinci Dünya Müharibəsi iştirakçılarına 2 min manat (1167 dollar) birdəfəlik yardım ayrılıb. Ölkədə 1941-1945-ci illər hərbi əməliyyatlarının cəmi 30 nəfər birbaşa iştirakçısı qalıb.
-
Mayın 10-da Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, əsasən yağıntısız keçəcəyi gözlənilir. Mülayim cənub küləyi axşam şimal-qərb küləyilə əvəz olunacaq.
-
Polis əməkdaşları tərəfindən gizli sexdə saxta spirtli içkilər hazırlayaraq satış şəbəkəsi quran dəstə üzvlərinə qarşı əməliyyat keçirilib. Nəticədə Mikayıl Abbasov və onun rəhbərlik etdiyi dəstənin üzvləri Fərid Məmmədov, Fərid Haqverdiyev, Əhməd Mikayılov, Mehman Cəfərov və Nurlan Zamanov tutulublar. Bu barədə XİN-in mətbuat xidməti bildirib.
Müsavat Partiyasının yeni və köhnə başqanı İsa Qəmbər Çətin sualda
Xəbər lenti
-
- Söz istəyirəm,
- 15:04
- 723
Rəy yaz