Vəkilliyə 23 namizəd intahandan narazıdır
Bakı/02.02.18/Turan: Yanvarın 28-də Vəkillər Kollegiyası üzvlüyünə keçirilmiş imtahanın nəticələrindən 23 nəfər narazı qalıb. Onların şikayətlərinə baxılıb. Kollegiyanın bu gün yaydığı məlumatda deyilir ki, vəkilliyə namizədlərdən 23-ü onların iştirakı ilə imtahanın nəticələrinin yenidən araşdırılmasını xahiş edib.
Kollegiya bildirib ki, yazılı test imtahanının nəticələrinə görə, 1266 namizəd müvafiq bal toplaya bilməyərək imtahanın bu mərhələsini keçə bilməyib. Narazıların şikayətləri Dövlət İmtahan Mərkəzinin inzibati binasında mərkəzin, kollegiya rəhbərliyinin, namizədlərin iştirakı ilə araşdırılıb.
Araşdırma zamanı vəkilliyə namizədlərin cavablarının bir daha yoxlanıldığı, nəticələrin düzgün hesablandığının müəyyən olunduğu bildirilib.
Bu il yanvarın 28-də Azərbaycan Vəkillər Kollegiyasına üzv olmaq istəyən namizədlərin test imtahanı keçirilib. Qeydə alınan namizəddən imtahanda yalnız 1873 nəfər iştirak edib.Onlardan 607 nəfəri 60 və daha yüksək bal toplayıb.
İmtаhаn nəticəsində ümumi bаlı 60 və dаhа аrtıq оlаn nаmizədlər növbəti mərhələyə - şifahi müsahibəyə buraxılırlar.
Parlament ötən il oktyabrın 31-də "Vəkillər və vəkillik fəaliyyəti haqqında" qanuna, Mülki və İnzibati Prosessual məcəllələrə dəyişikliklər edib. Prezident də bunu təsdiqləyib.
Bu dəyişikliklərdən sonra nümayəndəlik institutunun fəaliyyəti məhdudlaşdırılıb. Vəkillər Kollegiyasının üzvü olmayanlar məhkəmələrdə vətəndaşların hüquqlarını müdafiə edə bilməzlər.
Bir çox ekspertlər, hüquqşünaslar bu dəyişiklikləri mürtəce hesab edirlər. Onların fikrincə, hüquqşünasların məhkəməyə çıxmaq imkanlarının əllərindən alınması vətəndaşların məhkəmələrdə müdafiəsində ciddi problemlər yaradacaq.
Azərbaycanda Vəkillər Kollegiyasının 900-dən bir qədər çox üzvü var. Beynəlxalq qurumların hesabatlarına görə, adambaşına düşən vəkil sayına görə Azərbaycanın adı son yerlərdə gəlir. --0--
Cəmiyyət
-
Son günlər yağışlar nəticəsində Bakının Binəqədi rayonunun bəzi ərazilərində, Abşeron rayonunda müəyyən yerlərdə evləri su basıb. Sakinlər şikayətlənir ki, bu hal illərdir baş verir. Biləcəri qəsəbəsində yaşayan Mahir Məmmədov AzadlıqRadiosuna bildirib ki, üç gün əvvəl, mayın 6-da yağan leysandan sonra evinə su dolub: "Bizdə həyət evidir. Yağış yağıb, evim su içindədir, mebellərimə də ziyan dəyib. Bu vəziyyət illərdir davam edir. Şikayət etmədiyimiz qurum qalmadı. Hər dəfə deyirlər ki, nasoslar çatdırmır, düzələcək, amma düzəlmir".
-
Mayın 10-da Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, əsasən yağıntısız keçəcəyi gözlənilir. Mülayim cənub küləyi axşam şimal-qərb küləyilə əvəz olunacaq.
-
Polis əməkdaşları tərəfindən gizli sexdə saxta spirtli içkilər hazırlayaraq satış şəbəkəsi quran dəstə üzvlərinə qarşı əməliyyat keçirilib. Nəticədə Mikayıl Abbasov və onun rəhbərlik etdiyi dəstənin üzvləri Fərid Məmmədov, Fərid Haqverdiyev, Əhməd Mikayılov, Mehman Cəfərov və Nurlan Zamanov tutulublar. Bu barədə XİN-in mətbuat xidməti bildirib.
-
Azərbaycan səhiyyə sahəsində əhəmiyyətli bir addım atmağa hazırdır, belə ki, gələn ildən onkoloji xəstəliklərin müalicəsini icbari tibbi sığorta sisteminə daxil etməyi planlaşdırır.
Müsavat Partiyasının yeni və köhnə başqanı İsa Qəmbər Çətin sualda
Xəbər lenti
-
- Söz istəyirəm,
- 15:04
- 570
Rəy yaz