Narkokuryer İrandan mal gətirdiyini zənn edib
Bakı/02.02.18/Turan: Biləsuvar buraxılış məntəqəsində gömrük işçiləri İrandan gələn Azərbaycan vətəndaşı Bilal Hüseynovdan 1,6 kiloqramdan çox heroin götürüb.
Dövlət Gömrük Komitəsinin mətbuat xidmətinin məlumatında deyilir ki, eyni zamanda B.Hüseynovun əl yükündə 3,5 qramdan çox metamfetamin və 3,2 qram tiryək olub.
Narkotik maddələr yuyucu toz, çay və xama qablarında qablaşdırılaraq gizlədilib.
B.Hüseynov bildirib ki, narkotik maddələr onun deyil. Malları ona İran vətəndaşı verib ki, Azərbaycanda bir nəfərə çatdırsın.
Yoxlama zamanı Azərbaycan vətəndaşı Elyas Abbasov saxlanılıb. Narkotik maddələr ona məxsus olub. İstintaq gedir.-02D-
Cəmiyyət
-
Mayın 10-da Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, əsasən yağıntısız keçəcəyi gözlənilir. Mülayim cənub küləyi axşam şimal-qərb küləyilə əvəz olunacaq.
-
Polis əməkdaşları tərəfindən gizli sexdə saxta spirtli içkilər hazırlayaraq satış şəbəkəsi quran dəstə üzvlərinə qarşı əməliyyat keçirilib. Nəticədə Mikayıl Abbasov və onun rəhbərlik etdiyi dəstənin üzvləri Fərid Məmmədov, Fərid Haqverdiyev, Əhməd Mikayılov, Mehman Cəfərov və Nurlan Zamanov tutulublar. Bu barədə XİN-in mətbuat xidməti bildirib.
-
Azərbaycan səhiyyə sahəsində əhəmiyyətli bir addım atmağa hazırdır, belə ki, gələn ildən onkoloji xəstəliklərin müalicəsini icbari tibbi sığorta sisteminə daxil etməyi planlaşdırır.
-
Azərbaycanın Milli Hidrometeorologiya Xidməti meteoroloji hadisələr haqqında təxminlərdə rəng şkalasından istifadə edəcək. Bu barədə qurumun nümayəndələrinin bugünki mətbuat konfransında bildirilib.
Müsavat Partiyasının yeni və köhnə başqanı İsa Qəmbər Çətin sualda
Xəbər lenti
-
- Söz istəyirəm,
- 15:04
- 448
Rəy yaz