Sakinlər Prezident Administrasiyasının önündə
Hakimiyyət Gloriya Palace şirkətilə müqavilənin pozulmasına yardım göstərəcəyini vəd edir
Bakı/12.02.18/Turan: Fevralın 12-də Prezident Administrasiyası rəhbərinin müavini və regional idarəetmə orqanları ilə iş şöbəsinin müdürünün (rəhbəri Zeynal Nağdəliyev -Turan.) müşaviri Orxan Bayramov Abbas Səhhət, Xan Şuşinski, Azadlıq prospekti və Nəsib Yusifbəyli küçəsinin arasında yerləşən məhəllənin sakinlərini qəbul edib.
Sakinlər onları Nəsimi Rayon İcra Hakimiyyətinin və Gloriya Palace MMC rəhbərliyinin özbaşınalığından qorumağı tələb edirlər.
Onlar iki ildən sonra sökülən evlərin yerində onlara yeni mənzil veriləcəyi barədə vədlərə inanmırlar. Çünki bu şirkətin tarixçəsini araşdırıblar, həmçinin MMC-nin rəhbərlərindən birinə qarşı məhkəmə qərarının olmasından xəbərdardırlar.
Həmin gün məmur o rayonda yerləşən digər məhəllənin sakinlərini də qəbul edib. Onlar da Səma MMC tikinti şirkətinin qanunsuz hərəkətlərindən şikayət ediblər. Sakinlər onun sahibinin dələduz olduğunu deyiblər. Şikayətçilərdn biri Babək Adıgözəlzadə Turana-a bildirib.
Prezident Administrasiyasının əməkdaşı vətəndaşların tələblərini ədalətli sayaraq sözügedən ərazidə Gloriya Palace MMC-nin müqavilə hüquqlarına xitam verilməsinə nail olunacağını vəd edib.
Məmur deyib ki, rayon hakimiyyəti onların tələblərinə əməl etməsə bir daha onun özünə müraciət etsinlər.
"Bu, bizim Orxan Bayramov ilə beşinci görüşümüzdür. Əvvəlki görüşlər nəticəsiz qalıb. Bu dəfə o, bizə vəd etdi ki, tələblərimiz yerinə yetiriləcək. Əgər bizi aldatsalar 1500 nəfəri səfərbər edərək prezident seçkisi günü mülkiyyət hüququmuzun təmin olunmasını tələb edəcəyik", - digər sakin Afyəddin Balakişiyev bildirib.
Turan əvvəlki materialda Nazirlər Kabinetinin 2016-cı il tarixli 86 saylı sərəncamına əsasən renovasiya siyahısına düşən evlərin sakinlərinin aldadılması mexanizmini ətraflı işıqlandırıb.
http://www.contact.az/ext/news/2018/2/free/analytics/ru/118862.htm
Əgər vətəndaşları aldatmasalar Nəsimi rayonundakı məhəllələrdən birinin sakinlərinə verilən bugünkü vəd Bakının Mənzil Fondunun pilot renovasiya layihəsindən narazı olan sakinlərin tələblərinin yerinə yetirilməsi ilə bağlı ilk hadisə olacaq. -0-
Cəmiyyət
-
Aprelin 27-də Bakıda və Abşeron yarımadasında hava şəraiti yağmursuz keçəcək. Səhər və axşam bəzi yerlərdə duman olacaq. Cənub-şərq küləyi əsəcək.
-
Azercell-in BİQ layihəsinin Biznesin Davamlılığı testi Ələt Azad İqtisadi Zonasında həyata keçirildi Ölkənin lider mobil operatoru Azercell-in BİQ - Böhran İdarəetmə Qrupu layihəsinin Ələt Azad İqtisadi Zonasında real vaxt rejimdə Biznesin Davamlılığı testi həyata keçirildi. İlk dəfə baş tutan testdə Azercell ilə yanaşı layihənin digər tərəfdaşları – Azərkosmos, Aztelekom və Baktelekom şirkətlərinin əməkdaşları da iştirak etdilər. Sözügedən ərazidə rabitənin tamamilə kəsilməsi simulyasiya edilərək böhran vəziyyəti yaradıldı. Böhran təlimi zamanı regionlardan olan texniki qrupların hadisə yerinə çatması və rabitənin bərpa edilməsi istiqamətində işlərə başlanıldı. İlk olaraq qruplar ərazidə 2 mobil Baza Stansiyası quraşdıraraq məhdud sayda abunəçiyə milli peykin imkanlarından istifadə edərək 2G xidməti təqdim etdilər. Növbəti mərhələdə yüksək sürətli internet, 3G və 4G şəbəkəsi bərpa edildi və ərazi 100 meqabit Wi-Fi xidməti ilə təmin olundu. Qeyd edək ki, öncəki testlərlə müqayisədə bu simulyasiya testində bərpa vaxtı 2 qat azaldıldı. Bütün bərpa işləri isə regionlardan olan və Azercell tərəfindən xüsusi texniki təlimlər görmüş qruplar tərəfindən icra olundu.
-
Gürcüstanın hakim "Gürcü Arzusu" partiyasının ötən il etirazlar səbəbi ilə geri çəkdiyi "Xarici agentlər haqqında" qanun layihəsini bu il "Xarici təsirin şəffaflığı haqqında" adı ilə yenidən parlamentə təqdim etməsi Tbilisidə kütləvi etirazları yenidən alovlandırıb.
-
Azercell-in ev sahibliyi etdiyi “M360 Eurasia 2024” tədbirinə qeydiyyat davam edir Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin dəstəyi və “Azercell Telekom” MMC-nin baş sponsorluğu ilə 15-16 may tarixlərində Bakıda keçiriləcək “GSMA M360 Eurasia 2024” konfransında rəqəmsal dövrün ən aktual tendensiyaları ətrafında fikir mübadiləsi aparılacaq.
Rəy yaz