Тале Багирзаде

Тале Багирзаде

Bakı/13.02.18/Turan: "Müsəlman Birliyi" Hərəkatının lideri, 20 il həbs cəzasına məhkum edilmiş Taleh Bağırzadənin həbs müddəti daha beş ay uzadılıb. Bu hökmü bu gün Qaradağ Rayon Məhkəməsinin hakimi Rufan Mürsəlov çıxarıb.

Bu dəfə T.Bağırzadə CM-in 317-2.1-ci maddəsi (cəzaçəkmə müəssisələrində və ya istintaq təcridxanalarında saxlanılan şəxs tərəfindən qadağan olunmuş əşyaların hazırlanması, saxlanılması, gəzdirilməsi, daşınması və ya istifadəsi) ilə təqsirli bilinib.

Hökmə görə, yeni həbs müddəti 20 illik həbs cəzasına əlavə edilir. Hazırda T.Bağırzadənin 17 il, 9 ay, 13 gün həbs müddəti qalır. Son olaraq ona 18 il azadlıqdan mərhumetmə cəzası verilib.

T.Bağırzadəyə qarşı yeni ittiham 2017-ci ilin sonlarında irəli sürülüb. İstintaqın məlumatına görə, 2017-ci il iyulun 31-də Qobustan həbsxanaslında ondan 7 ədəd "micro SD" kart aşkar edilib. Ancaq ekspertiza bu kartlarda qanunla qadağan edilmiş informasiyanın olub-olmadığını müəyyən etməyib. Belə ki, kartlarda Quran və başqa informasiya yazılıb. Vəkil Fariz Namazlı bildirib ki, hökmdən şikayət veriləcək.

Xatırladaq ki, T.Bağırzadə 2015-ci il noyabrın 26-da Nardaranda keçirilən xüsusi əməliyyat zamanı həbs edilib.-06D-

Rəy yaz

Cəmiyyət

Bizi sosial şəbəkələrdə izləyin

Xəbər lenti