Джангир Гаджиев

Джангир Гаджиев

Bakı/13.02.18/Turan: "Məhkəmənin hökmü ilə 15 il azadlıqdan məhrum edilən, hazırda 13 saylı Cəzaçəkmə Müəssisəsində saxlanılan qardaşım Cahangir Hacıyev davamlı olaraq qeyri-insani rəftara məruz qalır".

Azərbaycan Beynəlxalq Bankının hazırda həbsdə olan sabiq rəhbəri Cahangir Hacıyevin bacısı Əminə Hacıyevanın prezident İlham Əliyevə müraciətində belkə yazılır.

Bir həftə əvvəl ölkə başçısına müraciət göndərib, ancaq məktubun prezidentə çatıb- çatmadığına əmin olmadığından mətbuat vasitəsi ilə də müraciət etmək məcburiyyətində qalıb.

Bacısı qeyd edir ki, ötən ilin sentyabrından başlayaraq ailə üzvlərinə, eləcə də ona qardaşı ilə görüşməsinə imkan verilmir.

"Hətta vəkilləri də onunla görüşməkdən məhrum edilib, vəkillər işdən kənarlaşdırılır və cəzalandırılır. Sağlamlıq vəziyyəti çox pisdir, Hoşimoto sindromu, hipertoniya xəstəliklərindən əziyyət çəkir, müalicə olmaq imkanlarından məhrum edildiyindən sonra xəstəlikləri kəskinləşir", bacısı prezidentə yazır.

Əminə Hacıyeva qeyd edir ki, C.Hacıyevin külli miqdarda vəsaitin mənimsəməsi ittihamları məhkəmədə öz təsdiqini tapmayıb.

"Lakin buna baxmayaraq mətbuatda onun haqqında ittiham edici materiallar dərc edilməkdədir, onun isə bu ittihamlara cavab vermək hüquqları əlindən alınıb, ötən ilin sentyabır ayında mətbuatda əsassız, təhqiramiz yazıya cavab verdikdən sonra o, bəhanə ilə karsa salınmış, bundan sonra ona qarşı təzyiqlər daha da kəskinləşmişdir".

Bacısı Cahangir Hacıyevin dövlətə, ölkə başçısına sadiq şəxs olduğunu, bank sektorunun inkişafında quruculuq işlərində zəhmətinin az olmamasını dı qeyd edib.

O, ölkə başçısından xahiş edib ki, Cahangir Hacıyevə qarşı davam edən qeyri-insani rəftarın qarşısının alınmasında yardımçı olsun.

C.Hacıyev 2015-ci ilin dekabrında həbs olunub. Cinayət Məcəlləsinin 179 (mənimsəmə), 308 (vəzifə səlahiyyətlərindən sui-istifadə), 309 (vəzifə səlahiyyətlərini aşma) və 313-cü (vəzifə saxtakarlığı) maddələri ilə ittiham olunan keçmiş bankir 15 il azadlıqdan məhrum edilib. Apellyasiya məhkəməsi də hökmü qüvvədə saxlayıb.

C.Hacıyev özünü təqsirli bilmir və ittihamları qəbul etmir.

Ötən ilin sonlarından vəkilləri və yaxınları onun hüquqi və tibbi yardımdan məhrum olunmasından şikayət edirlər. Onların bununla bağlı məhkəməyə şikayəti də olub. Ancaq həmin şikayət əsaslı hesab edilməyib.--0--

Rəy yaz

Cəmiyyət

Bizi sosial şəbəkələrdə izləyin

Xəbər lenti