Siyasi mühacirin yeznəsi həbs edilib
Bakı/16.02.18/Turan: Siyasi mühacirətdə olan gənc bloger Məhəmməd Mirzəlinin yeznəsi (bacısının əri) həbs edilib.
Laçından məcburi köçkün Elman Ağayev fevralın 13-də məhkəmə tərəfindən 30 sutka müddətinə həbs edilib, bu barədə hüquq müdafiəçisi Oqtay Gülalıyev bildirib.
Ağayev iş yerindən aparıblar və küçədə polisə tabe olmamaqda ittiham ediblər. Onu Binəqədi Müvəqqəti Saxlama Təcridxanasında saxlayacaqlar və onun vəkili yoxdur.
Gülalıyev digər hüquq müdafiəçisi Taleh Xasməmmədovla birlikdə fevralın 15-də Göyçay rayonunda Məhəmməd Mirzəlinin ailəsinə baş çəkib.
Gülalıyev qeyd edib ki, son vaxtlar Mirzəlinin ailə üzvlərinə təzyiq göstərilir. Blogerin atası və yeznəsi əvvəllər də saxlanılıb və polis onlardan Məhəmmədin İnternetdə hökumət əleyhinə çıxışlara son qoymasını və xaricdə insan hüquqlarına dəstək aksiyalarında iştirak etməməsini tələb edib. -06B-
Cəmiyyət
-
Ölkənin lider telekommunikasiya şirkəti 5 tələbəyə təcrübə keçmək imkanı təqdim edəcək Azercell böyük məmnuniyyətlə ADA Universitetinin Karyera Hazırlığı Həftəsində iştirak edir. Tədbir tələbə və şirkətləri bir araya gətirərək, gənclərin karyera və bacarıqlarının inkişafına təkan verən platforma rolunda çıxış edir. Karyera Hazırlığı Həftəsi tələbələrə peşəkarlar ilə birbaşa ünsiyyətdə olmaq və müxtəlif sektorlar haqqında məlumatlanmaq üçün əvəzsiz imkanlar təqdim edir. Azercell-in bu təşəbbüsdə iştirakı şirkətin istedadları inkişaf etdirmək və gələcək mütəxəssislərin yetişdirilməsinə töhfə vermək öhdəliyini əks etdirir.
-
2024-cü ilin ilin əvvəlindən ölkə əhalisinin sayı 6769 nəfər və ya 0,1 faiz artaraq 10187539 nəfərə çatıb. Bu barədə Statistika Komitəsinin yaydığı məlumatda deyilir.
-
Ekologiya Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin proqnozuna görə, cümə günü, aprelin 19-da Bakıda və Abşeron yarımadasında hava şəraiti dəyişkən buludlu, yağmursuz olacaq. Mülayim cənub-şərq küləyi əsəcək. Havanın temperaturu gecə 12-16 dərəcə, gündüz 27 dərəcəyə qədər isti olacaq.
-
Rusiya sülhməramlılarının Azərbaycan ərazilərindən çıxmağa başladığı bildirilir. Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov da bununla bağlı yayılan məlumatı təsdiqləyib. O, "Interfax" agentliyinin sualına "Bəli, bu, həqiqətən də belədir" deyib.
Rəy yaz