Əsas - TURAN.AZ
Siyasət
İqtisadiyyat
Enerqetika
Maliyyə
Analitika
- BURAXILIŞLAR -
Siyasət xəbərlər bulleteni
İqtisadiyyat xəbərlər bulleteni
Enerqetika xəbərlər bulleteni
Maliyyə xəbərlər bulleteni
- İCMALLAR -
Bazarların icmalı
Siyasi monitorinqi
İqtisadiyyat icmalı
* * *
Əsas - CONTACT.AZ
Deməyə sözüm var
Cəmiyyət
Mədəniyyət
Dünyada
- MÜSAHÌBƏ -
Müsahibə
ÇƏTİN SUAL
- REPORTAJLAR -
Foto sessiyalar
Aktual reportaj
TANIMALI AZƏRİLƏR
- XƏBƏRLƏR SEÇİMİ -
«Gürcüstan işi»
* * *
Bağla
İbrahim Alışov

İbrahim Alışov

Palata: Ötən il müsbət meyllər müşahidə edilib
Maliyə 


2018 Fevral 13 ( Çərşənbə axşamı )  01:12:30
Çap versiyası
English Русский 

Bakı/13.02.18/Turan: Ötən il ölkədə makroiqtisadi sabitlik təmin olunub. Bunun nəticəsində ölkənin qeyri-neft ümumi daxili məhsulunun real artımı 2.7 faiz olub.

Bu fikirlər Maliyyə Bazarlarına Nəzarət Palatasında 2017-ci ilin yekunları ilə bağlı keçirilən iclasda səsləndirilib.

Palatanın baş icraçı direktoru İbrahim Alışov bank sektorunun sağlamlaşdırılması və restrukturizasiyası sahəsində atılan addımlardan bəhs edib.

"Aparılan uğurlu islahatların məntiqi nəticəsi olaraq bank sektorunda da müsbət meyllər müşahidə edilib. 2017-ci ildə əhalinin əmanətləri 1.5% (110 mln. manat) artaraq 7,5 mlrd. manatı üstələyib. Artım əsasən, manat əmanətləri hesabına baş verib", palata rəsmisi deyib.

Onun sözlərinə görə, milli valyutanın məzənnəsi sabitləşib, bu da əmanətçiləri xarici valyuta əmanətlərini manata konvertasiya etməyə sövq edib.

Qiymətli kağızlar bazarının durumuna toxunan icraçı direktor bildirib ki, 2016-cı illə müqayisədə bu bazar 12% artaraq 15.7 mlrd. manat təşkil edib.

"2017-ci ilin sonuna qiymətli kağızlar bazarında 7 investisiya şirkəti, 2 investisiya fondunun idarəçisi, 1 fond birjası, 1 mərkəzi depozitar və klirinq təşkilatı fəaliyyət göstərir. 2017-ci il ərzində investisiya şirkəti fəaliyyətinə 1 lisenziya verilib", o, deyib.

Maliyyə Bazarlarına Nəzarət Palatası keçən il fevralın 3-də prezident İlham Əliyevin sərəncamı ilə yaradılıb.

Qurumun yaradılmasında sonra banklara nəzarətlə bağlı bir sıra səlahiyyətlər Mərkəzi Bankdan alınaraq bu palataya verilib.--0--