Zakir Həsənov Kasprşiklə görüşüb
Bakı/02.02.18/Turan: Azərbaycanın müdafiə naziri Zakir Həsənov bu gün ATƏT-in fəaliyyətdə olan sədri Anjey Kasprşiklə görüşüb. Görüşdə təmas xəttində hazırkı vəziyyət, keçirilən monitorinqlərin nəticələri və münaqişənin həllinə dair fikir mübadiləsi aparılıb, xəbəri Müdafiə Nazirliyinin mətbuat xidməti yayıb.
Xatırladaq ki, 2016-cı il aprel gərginliyindən sonra ATƏT-in Misnk Qrupunun həmsədrləri şəxsi nümayəndənin ofisini genişləndirməyi təklif ediblər. Yanvarda ATƏT MQ-nin Rusiyalı həmsədri İqor Popov ATƏT müşahidəçilərinin sayının 7 nəfər artırılması haqqında qərar qəbul edildiyini bildirib. -06D-
-
- Cəmiyyət
- 2 Fevral 2018 13:18
-
- İqtisadiyyat
- 2 Fevral 2018 13:24
Siyasət
-
Azərbaycan Ombudsmanı yanında Milli Preventiv Qrupun üzvləri 1 saylı Bakı İstintaq Təcridxanasında jurnalistlərə və fəallara baş çəkiblər, xəbəri insan hüquqları müvəkkilinin aparatının mətbuat xidməti yayıb.
-
İsrail Xarici İşlər Nazirliyinin Qüdsdə siyasət məsələləri üzrə direktoru Aliza Bin Nun Azərbaycan XİN-də və Prezident Administrasiyasında danışıqlar aparıb.
-
Hüquq Müdafiəçilərinin Müdafiəsi üzrə Beynəlxalq Observatoriya Azərbaycanda Anar Məmmədlini və digər siyasi məhbusları azad etməyə çağırıb.
-
Mayın 8-də Bakının Xətai Rayon Məhkəməsi seçkilər sahəsində məşhur hüquq müdafiəçisi Anar Məmmədlinin ev dustaqlığına keçirilməsi haqqında vəsatəti təmin etməyib. Bu barədə Turan-a onun vəkili Elmar Süleymanov bildirib. Vəkil qeyd edib ki, müdafiə tərəfi A.Məmmədlinin həbsi üçün heç bir əsas yoxdur.
Rəy yaz